Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:47

İradə Cavadova: «Təşkilatı bağlamaqdan başqa seçimimiz qalmadı»


İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri
İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri

-
Son vaxtlar bağlanan QHT-lər sırasına daha biri əlavə olunub. 13 ildir fəaliyyət göstərən İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi də fəaliyyətini dayandırıb.

Bu haqda AzadlıqRadiosuna birliyin sədri İradə Cavadova məlumat verib. Onun sözlərinə görə, sentyabrın 15-dən onların ABŞ səfirliyi ilə birgə bir layihəsi icra olunmalı idi, amma Ədliyyə Nazirliyi layihəni qeydiyyata almayıb:

"LAYİHƏNİN İCRASINA BAŞLANMALI İDİ"

“Əslində bu problemlə tək mən üzləşmirəm. Vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı haqsızlıqlar, bəzilərinin həbsi, bundan başqa bank hesablarına qoyulan həbslərdən sonra təşkilatlar fəaliyyətini dayandırmalı olmuşdu. Təşkilat 3 il ard-arda ATƏT-in Bakı ofisindən sonra sahibkarların hüquqların müdafiəsinə dair layihə həyata keçirib. Sonuncu layihə ötən il başa çatıb".

İradə Cavadova bildirir ki, 2014-cü ilin mayında ABŞ-ın Bakıdakı səfirliyindən məcburi köçkünlərə hüquqi yardımların göstərilməsi ilə bağlı layihənin qalibi olub. Sentyabr ayında tərəflər arasında müqavilə imzalanıb. 15 sentyabrdan layihənin icrasına başlanılmalı idi. Amma qrant layihəsini Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb:

“Çox təəssüflər olsun ki, mən Ədliyyə Nazirliyinin əməkdaşından qrant layihəsinin qeydiyyatı ilə bağlı suallara cavab ala bilmirdim. Bütün suallara cavab verilirdi ki, yazılı məlumat veriləcək. Sonucda Ədliyyə Nazirliyi layihəni qeydiyyata almaqdan imtina etmişdi. Əsas kimi də layihədəki bir bəndi göstərmişdi. Əslində bu layihənin qeydiyyata alınmayacağını biz bilirdik”.

"SON TƏPKİ VƏ TƏZYİQLƏR TƏKCƏ MÜSTƏQİL QHT-LƏRƏ ÜNVANLANIB"

İradə Cavadova deyir ki, bu şərtlər altında işləməyin mümkün olmadığını anladıqdan sonra qrantdan imtina edilib və müvəqqəti olaraq fəaliyyətlərinin dayandırılması qərara alınıb.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi 2011-ci ildən fəaliyyət göstərir. Təşkilat uşaqların, sahibkarların, məcburi köçkünlərin, eləcə də vətəndaşların mülkiyyət hüquqları, məişət zorakılığı ilə bağlı layihələri icra edib. Pulsuz hüquqi yardım göstərib, BMT-yə hesabatlar hazırlayırdı.

İradə Cavadova bildirir ki, son təpki və təzyiqlər təkcə müstəqil QHT-lərə ünvanlanıb.

“Biz bundan çox narahatıq. Nəinki müstəqil QHT-lər bağlanır, hətta bəziləri ölkəni tərk etməli olublar. Mən çox təəssüf edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti bu vəziyyətə salındı. Düzü bundan sonra hansı formada mübarizə aparacağımızı, hansı addımlar atacağımızı bilmirəm”.

XS
SM
MD
LG