Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:52

Muiznieks: «İnsan haqları müdafiəçilərinin hədəfə alınması dayandırılmalıdır»


-

“Azərbaycanda insan haqları müdafiəçilərinin hədəfə alınması dayandırılmalıdır”. Bunu Avropa Şurasının İnsan Haqları komissarı Nils Muiznieks Azərbaycana 2 günlük səfərinin yekununda deyib.

O bildirib ki, Bakıya indiki səfərinin təcili olması onun Ofisi ilə tərəfdaşlıq edən demək olar ki, bütün vətəndaş cəmiyyəti fəallarının yayda Azərbaycanda tutulması ilə bağlıdır. O deyib ki, bu həbslərə görə Azərbaycanda insan haqları ilə bağlı iş görmək getdikcə çətinləşir.

Muiznieksin sözlərinə görə, Azərbaycanda son repressiv addımlar onun verdiyi tövsiyyələrin tam əksidir.

İctimai fəallar arasında son həbslərin bir qismi QHT-lər barədə qanunvericilikdə çatışmazlıqlarla bağlıdır. QHT qanunverciliyi haqda Muiznieks bildirib ki, “qanunveriucilik insan haqları işini mümkünsüz etməməlidir. Onun sözlərinə görə, öz təşkilatını və ya qrantları qeydiyyata salmaq istəyən, ancaq edə bilməyən cəzalanmamalıdır”.

Muiznieks hakimiyyət qarşısında həmçinin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının tez icrası məsələsini qaldırıb. O, xüsusilə İlqar Məmmədov haqda qərarı qeyd edib. Muiznieks deyib ki, “Əgər hakimiyyət Avropa Şurası dəyərlərinə sadiqliyini göstərmək istəyirsə, onda bunu yoluna qoymalıdır və belə işlərə prioritet verməlidir”

XS
SM
MD
LG