Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:40

«LUKoyl» yanacaqdoldurma məntəqələrinin sayını 30-a çatdıracaq


Hazırda «LUKoyl»un Azərbaycanda 21 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir
Hazırda «LUKoyl»un Azərbaycanda 21 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir

«LUKoyl» Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını artırmaq qərarına gəlib. Bu barədə şirkətin prezidenti Vahid Ələkbərov ölkə başçısı İlham Əliyevlə görüşündə müzakirələr aparıb. «LUKoyl» Neft Şirkətinin prezidenti Vahid Ələkbərov oktyabrın 6-da keçirdiyi mətbuat konfransında bildirib ki, növbəti üç ildə şirkət Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 30-a çatdırmağı planlaşdırır. Bunun üçün təxminən 15 milyon dollar vəsait ayrılacaq. Yanacaqdoldurma məntəqələrinin təkcə Bakıda deyil, bölgələrdə də açılması nəzərdə tutulub.


Vahid Ələkbərov deyib ki, şirkətin yeganə istəyi bu məntəqələrin yeni salınan yollarda tikilməsidir: «Amma heç də hər şey bizim istəyimizə bağlı deyil. Bunun üçün bizə lazımi şərait yaradılmalıdır».


Hazırda «LUKoyl» şirkətinin Azərbaycanda 21 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət ölkədə həm də «Şahdəniz» qaz layihəsi və «Yalama» strukturunun işlənməsində iştirak edir. Bakıda «LUKoyl» şirkətinə məxsus neft bazası da fəaliyyət göstərir.


XS
SM
MD
LG