Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:42

Sumqayıt sələfilərinə işgəncə verilib?


Arxiv fotosu
Arxiv fotosu

-

“Məscidə yenicə yaxınlaşmışdım... Müliki geyimlilər tökülüşdülər üstümə, dedilər polis işçiləriyik, bizimlə polis idarəsinə getməlisən. Maşınlarına oturub gəldik Sumqayıt polis idarəsinə. İdarənin qapısından girən kimi mülki geyimdə, üzlərində maska olan azı 10-12 nəfər üstümə töküldü. Qollarımı qandalladılar, yerə yıxıb başıma o qədər təpik vurdular ki...”

"NAMAZ QILMAĞA GETMİŞDİM"

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Sumqayıt sakini, 2-ci qrup Qarabağ əlili Zaur Mehdiyev danışır. Deməsinə görə, noyabrın 13-də saat 13 radələrində Sumqayıtdan Corata gəlibmiş ki, Sumqayıt sələfilərinin lideri hesab olunan və elə həmin gün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmiş Zöhrab Şıxəliyevin evində namaz qılsın. Ancaq qismət olmayıb:

“Sumqayıtda radikal sini qruplar artdığına görə Zöhrab qardaşımız öz evini bizə namazxana kimi istifadəyə vermişdi. Məqsədi də bu idi ki, adamlar radikal qrupların toruna düşməsin, gəlib namazlarını bu namazxanada qılsınlar. Gedirdik, ibadətimizi edirdik”.

Zaur Mehdiyevin sözlərinə görə, noyabrın 13-də Zöhrab Şıxəliyevin namazxana açdığı evinə gələnləri tutub qandallayıb polis idarəsinə gətirir, ingəncə verirlərmiş:

"MƏNDƏN BAŞQA 9 SƏLƏFİYƏ DƏ İŞGƏNCƏ VERİLİRDİ"

“Mən orda olanda 9 nəfər sələfiyə işgəncə verilirdi. Təpik, yumruq, söyüş... Əsasən də başımıza vururdular. Çıxıb başımızı tapdalayırdılar. Heç birinin üzünü görə bilmədik, hamısı maskada idi”.

Zaur Mehdiyev deyir, polis idarəsindən buraxılanda ona və digər sələfi qardaşlarına şifahi xəbərdarlıq ediblər ki, saqqallarını qırxsınlar:

“Xəbərdarlığı başa düşdük, bəs işgəncə nəyə lazımdır? Mən saqqalımı qırxmayacam. Saqqal saxlamaq konstitusyon hüququmdur. Mən heç kəsə zərər vermirəm, ibadətimlə məşğulam”.

Zaur Mehdiyev əvvəllər də bir neçə dəfə polis şöbəsinə aparıldıqlarını, əl izlərinin götürüldüyünü və başqa məlumatlarının toplandığını deyir:

“Ancaq heş vaxt belə işgəncəyə məruz qalmamışdıq”.

DİN-nin HƏMİN NAMAZXANA BARƏDƏ MƏLUMATI

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələyə münasibət bildirib. Onun sözlərinə görə, noyabrın 13-də Sumqayıt sakini 1978-ci il təvəvllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Coratdakı evinin həyətində qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub:

"Əməliyyat zamanı orada olan bir neçə nəfər şəxsiyyətlərini müəyyənləşdirmək üçün Sumqayıt ŞPİ-yə gətirilib. Həmin adamların arasında Zaur Mehdiyev də olub. Şəxsiyyəti müəyyənləşdirildikdən sonra sərbəst buraxılıb. İdarədə təhqir olunmaları və işgəncəyə məruz qalmaları barədə dedikləri həqiqətə uyğun deyil".

XS
SM
MD
LG