Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:55

Bir fikir hamını ağrıdırdı: Rafiq Tağının qatili azadlıqdadır


"Onu iki dəfə öldürdülər"
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

"Onu iki dəfə öldürdülər"

- Yazıçı Rafiq Tağının ölümünün 3-cü ildönümündə yazarlar, qələm yoldaşları və sadəcə yaradıcılığının pərəstişkarları onun məzarını ziyarət ediblər. Burada çıxış edən Azərbaycan Avropa hərəkatının rəhbəri Ramin Hacılı bildirib ki, Rafiq Tağı vicdan qurbanıdır:

“Onun ölümü Beynəlxalq cəzasızlıq gününə təsadüf edib. Qətlə yetirilən yazarımızn qatillərisə hələ də tapılmayıb” və əlavə edib: “Rafiq Tağı bu cəmiyyətin vicdanıdır. Cəmiyyətin vicdanı olan kəslər unudulmamlıdır.”

Yazar Rasim Qaraca deyib ki, Rafiq Tağı öz əsərləri ilə hələ də aktualdır:

“Təəsüf edirik ki, o aramızada yoxdur. Onun yazıları hələ də cəmiyyətə təsir edir. Belə birinin məzarı başına indikindən daha çox adam toplaşmalıdır”- deyə yazar bildirib.

Rafiq Tağının qardaşı Alim Tağıyev bildirib ki, onun əsərləri cəmiyyətdə təbliğ olunmalıdır. Bu işdə gənclərin üzərinə daha çox yük düşür.

Rafiq Tağının anım mərasimi
Rafiq Tağının anım mərasimi

Rafiq Tağı bıçaqlanandan bir neçə gün sonra – 2011-ci il noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

Ailəsi onun ölümündə tibbi personalı ittiham edir.

Bu ilin yanvarında Respublika Prokurorluğu bildirib ki, "Rafiq Tağının qətli ilə bağlı cinayət işinin icraatı dayandırılıb, amma qatilin axtarışı davam edir".

Dalğa Gənclər Hərəkatı 2012-ci ildə yazıçının xatirəsini əbədiləşdirmək məqsədi ilə “Rafiq Tağı Mükafatı” təsis edib.

Rafiq Tağının faciəli ölümü ilə bağlı daha ətraflı burada oxu

XS
SM
MD
LG