Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:24

«PİN» ittihamları cavablandırır


PIN-in (People In Need) direktoru Šimon Pánek
PIN-in (People In Need) direktoru Šimon Pánek

-

Dekabrın 2-də yaydığı bəyanatda Çexiyada mənzillənən People In Need (PİN) təşkilatı ünvanına söylənən ittihamları təkzib edib:

KÖHNƏ METOD

«Ermənipərəst ittihamı Azərbaycanda tənqidlərdən qaçmaq, ölkədə insan haqlarının acınacaqlı durumundan diqqət yayındırmaq üçün tətbiq olunan köhnə metoddur. Bu, digər beynəlxalq qurumların Azərbaycanda üzləşdiyi hadisələrə daha bir nümunədir,» bəyanatda deyilir.

Noyabrın 20-də Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Batumidə keçirilən Baş Assambleyasında Azərbaycanın nümayəndə heyətinin bəzi üzvləri siyasi məhbusların fotoları olan posterləri cırıb. Bu posterlər PİN-in Azərbaycana dair xüsusi sərgisinin bir hissəsi idi. Azərbaycan tərəfi ölkənin digər iştirakçılardan fərqləndirilməsinə etiraz edib.

«Bu insidentdən az sonra PİN-ə qarşı çirkin kampaniya başlayıb, media onu ermənipərəst adlandırıb,» bəyanatda vurğulanır.

PIN-in direktoru Šimon Pánek deyib:

İTTİHAMLAR ABSURDDUR

«Məncə, ermənipərəst ittihamları absurddur, çünki inanırıq ki, ölkənin hüququn aliliyinə əməl etməsi, insan haqlarına hörmət qoymasına çalışan, hökumətdən hesabatlılıq tələb edənləri dəstəkləmək ölkənin gələcəyinə ən yaxşı investisiyadır».

Šimon Pánek-in sözlərinə görə, Şərq Tərəfdaşlığı ölkələrindən heç birində QHT-lər Azərbaycandakı kimi «davamlı təzyiqə» məruz qalmır.

PİN bildirir ki, 1992-ci ildə Praqada qeyri-hökumət təşkilatı kimi təsis olunub və heç vaxt hökumətin mövqeyini əks etdirməyib. Qurum 60 ölkədə insan haqları və demokratiya sahəsinə yardım göstərir.

XS
SM
MD
LG