Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:46

Cavanşir Quliyev: "Yarışmalarda böyük müğənni yarana bilməz"


Cavanşir Quliyev
Cavanşir Quliyev

-

"Camal Əli:

- Cəmiyyətdə fərqli fikir, azad düşüncəyə yer yoxdur. Alternativ fikirli adamları cəmiyyət qəbul edə bilmir.

Aydın X.

- Mənə elə gəlir, bu hal dünyanın bütün ölkələrinə aiddi. Amerikada da dövlət insanların həyatını idarə etməyə çalışır.

Cavanşir Quliyev:

- Bilirsiniz, Azərbaycan güc ölkəsidir, pul ölkəsidir, kimdə pul və güc varsa, çox vaxt o irəliyə çıxır

Qan Turalı:

- Azərbaycan dövləti Elnur Hüseynovu “Eurovision” yarışmasına göndərib. Bundan böyük nə dəstək ola bilər? "

Sənət adamlarının Azərbaycanda diqqət çəkməsi və özünü təsdiq etməsi niyə çətin başa gəlir?

Kiprdə çalışan bəstəkar Cavanşir Quliyev, ölkədən kənarda yaşayan rokçu Camal Əli, Bakıdan kulturoloq Aydın Xan, yazıçı Qan Turalı, müğənni və şair Zəka Vilayətoğlu «Pen Klub»da bu suala cavab axtarıblar.

Səadət A.

- Aydın bəy, necə bilirsiniz, Azərbaycanda istedada yer varmı? Xatırladım ki, “Twitter” şirkətiylə əməkdaşlıq edən azərbaycanlı gənc Turalla bağlı xəbərə belə bir şərh yazmışdılar ki, “Tural Azərbaycana gəlsə, uzaqbaşı hansısa şirkətdə aylıq min manat maaşa çalışacaq”.

Aydın Xan

Aydın Xan
Aydın Xan

- Bu həqiqətdir, biz özümüzü nə qədər tərifləsək də, hal-hazırki zamanla ayaqlaşa bilmirik. Dünyaya baxanda biz kiçik bir ölkənin vətəndaşlarıyıq.

Başqa ölkələrə baxanda Azərbaycanda dar bir mühit var, gəlin, dünyada tanınan azərbaycanlılara baxaq, onların çoxu ölkədən çıxıb getdiklərinə görə dünyada tanınıblar. Məsəlçün, Heydər Əliyev vaxtında Moskvaya getməsəydi, indiki qədər tanınardımı, ya da Lütfü Zadəni götürək, bəlkə də alimimiz Rafiq Əliyevin də öz ideyaları var, amma görürsünüz ki, Lütfü Zadə daha çox tanınıb. Azərbaycan adamı çox istedadlı adamdır, ona görə də ölkədən çıxan kimi dərhal tanınır.

Səadət A.

- İndi telefon xəttində yazar Qan Turalıdır. Tural bəy, siz necə düşünürsünüz, Azərbaycanda istedada yer varmı?

Qan Turalı

- Biz həmişə dövlətin yardımına üz tuturuq. Reallıq budur ki, dövlətin birbaşa yardımı olmasa, nə kino, nə teatr, nə də balet olar. Ədəbiyyat da müəyyən dərəcədə dövlətin yardımına bağlıdır. Biz hər şeyi dövlətin üzərinə yıxırıq, amma mən belə hesab edirəm ki, Azərbaycan mədəniyyəti sərbəst bazar iqtisadiyyatına uyğunlaşmalıdır.

Səadət A.

- Buna mane olan hansı amillər var, Tural bəy?

Qan Turalı

Qan Turalı
Qan Turalı

- Çox amillər var. Məsələ ordadır ki, biz anlamalıyıq ki, ədəbi əsər həm də əmtəədir. Məsəlçün, 19-cu əsrdə Avropada yüzlərlə opera yazılırdı. Adamlar gəlib səhnədə əsərlərə baxırdılar. Bu işin qonorarı yüksək idi, böyük pullar qazanırdılar bu işdən. İndi biz bu mexanizmi işə salmırıq, amma dövlətin dəstəyini istəyirik. Azərbaycanda istedadın mövcud olması üçün zəruri mühit lazımdır ki, o mühit Azərbaycanda yoxdur. Nə zaman o mühit yaranarsa, onda Azərbaycan mədəniyyətinin inkişafından söhbət gedə bilər. Məsəlçün, hər il Azərbaycanda müstəqil mənbədən gələn maliyyə hesabına bir-iki film çəkilir. Belə çıxır, dövlət büdcəsindən film üçün 5-6 milyon dollar dotasiya ayrılmasa ölkədə film olmayacaq.

Səadət A.

- Tez-tez şikayət edilir ki, ölkədə reklam bazarı yoxdur, sərbəst deyil. Reklam verənlər sərbəst deyil. Azad bazar rəqabətinin olmaması haqda iqtisadtçılar tez-tez danışırlar.

Qan Turalı

- Xeyr, tam elə deməzdim. TV-lərin reklamdan gəliri 200 milyon dollardır, bu pulla kifayət qədər yaxşı filmlər çəkmək olardı.

Səadət A.

- İndi telefonda Almaniyada yaşayan rokçu Camal Əlidir. Camal bəy, siz necə düşünürsünüz, Azərbaycanda rokla məşğul olub populyarlaşmaq mümkündürmü?

Camal Əli

Camal Əli
Camal Əli

- Bakıda populyar olmaq asandır. Amma bununla normal həyat qurmaq, dolanmaq mümkün deyil. Rok, yaxud rep musiqiçisinə Bakıda təklif olunan həyat ümumiyyətlə insan həyatı deyil. Hamının yeməyi olmalıdır, yaşamağa evi olmalıdır axı. Həyatı ödənməsə, insan necə sənətlə məşğul ola bilər. Ümumiyyətlə, mənə elə gəlir ki, Azərbaycanda sənətlə məşğul olmaq çətindir. Bizdə qeyri-standart bir həyat tərzi var. Cəmiyyətdə fərqli fikir, azad düşüncəyə yer yoxdur. Alternativ fikirli adamları cəmiyyət qəbul edə bilmir.

Aydın X.

- Mənə elə gəlir, bu hal dünyanın bütün ölkələrinə aiddi. Amerikada da dövlət insanların həyatını idarə etməyə çalışır. Bizdə də eynilə, ifrat azadlığa yer yoxdur. İfrat azadlıq məhvə aparan azadlıqdır. Yaradıcı insanı sərbəst buraxsaq, o, dağıdıcılığa aparan sənət əsərləri yarada bilər. Amma mən özüm də qəbul edirəm ki, Azərbaycanda sənətlə məşğul olmağa heç bir azad imkan yoxdur, bunun da səbəbi yaradıcılıq üçün bazarın, marketinqin olmamasıdır.

Qan Turalı

- Mən sosial mediada tez-tez görürəm ki, Elnur Hüseynovun Azərbaycanda özünü təsdiqləyə bilməməsi haqda söhbətlər edilir. Azərbaycan dövləti Elnur Hüseynovu “Eurovision” yarışmasına göndərib. Bundan böyük nə dəstək ola bilər? Dövlət, hökümət, cəmiyyət ona öz dəstəyini verib. Ölkədə prodaşn şirkətləri olmalıdır, reklam şirkətləri olmalıdır və s. Xalq Elnura daha neynəsin, başının üstünə qaldırsın? Dövlət buna xalq artisti adı verməldir?

Səadət A.

- İndi telefon xəttində Kiprdə yaşayan bəstəkar Cavanşir Quliyevdir. Cavanşir bəy, Elnur Hüseynov bu yaxınlarda “O səs Türkiyə” yarışmasında münsiflərin rəğbətini qazandı. Siz necə düşünürsünüz, Azərbaycanda istedadı həqiqətən də kənarda görüb sonra tanımalıdırlar?

Cavanşir Q.

- Bu olayın alt qatında nə var, bilmirəm. Ola bilər dedi-qodudur bu. Guya Elnuru o zaman bəyənirdilər, indi bəyənmirlər. Elnur vaxtilə “Eurovision”a getmişdi, tanınmışdı, bəyənilmişdi.

Son zamanlar Azərbaycanda da belə yarışmalar keçirilir. Dünya yarışmalarına da gedirlər. Gənclər bəziləri orda parlayır. Əksinə deyərdim ki, son zamanlar yarışmalara çox müğənnilərimiz çıxıb, amma razılaşın ki, hələlik onlar içində ulduza çevrilmiş müğənni yoxdur. Yarışmalarda böyük müğənni yarana bilməz. Ulduz olmaq üçün özəl xüsusiyyətlər lazımdır. Bizdə çoxusunda bu yoxdur. O yarışmalarada üzə çıxan adamların çoxunun bir atımlıq barıtı olur, sonradan yoxa çıxırlar.

Bilirsiniz, Azərbaycan güc ölkəsidir, pul ölkəsidir, kimdə pul və güc varsa, çox vaxt o irəliyə çıxır. Amma istedadlı adamlara da müəyyən şərait yaradılır. Mənə elə gəlir, Azərbaycanda yarışmalarda, yaxud TV-lərdə üzə çıxmaq mümkündür.

Aydın X.

- Bu, normal bir şeydir, xaricdə də böyük müğənnilərin arxasında güc dayanır, böyük lobbilər, pul dayanır. Hətta, mən eşitmişəm ki, Elnuru iş adamı Rza Zərrab o müsabiqəyə aparıb, öz pulu ilə yarışmaya qatılmasına yardımçı olub...

Debatın videoyazısı

XS
SM
MD
LG