Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:49

«ABŞ Azərbaycanın suverenliyini hər zaman dəstəkləyib»


-

«Azərbaycana müxtəlif yönümdə dəstək nümayiş etdirən Birləşmiş Ştatlar gələcəkdə də suveren tərəfdaşlıq münasibətlərin inkişafına dair öhdəliyə sadiq olacaq».

ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada belə deyilir. Açıqlama Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dekabrın 3-də dərc olunmuş məqaləsi ilə bağlıdır.

Açıqlamada bildirilir:

«Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini hər bir zaman dəstəkləyib. Müstəqilliyini əldə edən Azərbaycana müxtəlif yönümdə dəstək nümayiş etdirən Birləşmiş Ştatlar gələcəkdə də suveren tərəfdaşlıq münasibətlərin inkişafına dair öhdəliyə sadiq olacaq. İnanırıq ki, demokratiya, iqtisadi inkişaf və təhlükəsizlik kimi sahələr Azərbaycanın uzun müddətli tərəqqisi üçün önəmlidir. Biz sözügedən sahələrdə əməkdaşlıq təkliflərimizi davam etdirərək, müsbət addımları alqışlayacayıq. Ümidvarıq ki, Azərbaycan insan haqqları və digər sahələrdə üzərinə götürdüyü öhdəlikləri həyata keçirərəcək və uğur və azadlığın nümunəsi olmaq üçün mühüm potensialını istifadə edəcək».

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «İkili standartların dünya nizamı və müasir Azərbaycan» adlı məqaləsində ABŞ-Azərbaycan münasibətlərindən danışılır. Bildirilir ki, ABŞ rəngli inqilablar vasitəsilə özünü qane etməyən hökumətləri devirir, bu məqsədlə müəyyən QHT-ləri, vətəndaş cəmiyyətinin üzvlərini maliyyələşdirir.

XS
SM
MD
LG