Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:03

Xədicə İsmayılın anası: «Mən bu hökumətdən hər şey gözləyirəm»


Xədicə İsmayılın anası Elmira İsmayılova
Xədicə İsmayılın anası Elmira İsmayılova

-

Gözlə

No media source currently available

0:00 0:03:23 0:00
Direct-ə keçid

- Elmira xanım, 4 gün ərzində Xədicə ilə görüşmək, danışmaq imkanınız olubmu?

- Yox, görüşmək imkanımız olmayıb. Bircə bu gün zəng edib. Səsini eşitmişəm çox sevinmişəm. Deyir yaxşıyam, pis deyiləm. O da məndən narahatdır, mənə deyir ki, özündən muğayət ol.

- Ona yemək çatdırmaqda probleminiz yaranıb...

- Hə, hər gün yemək aparırıq almırlar, deyirlər yalnız həftədə bir dəfə gətirə bilərsiz. Qaldı bir də bazar gününə. İndi bilmirəm uşağım orda ac qalacaq, ac qalmayacaq.

- Bununla bağlı penitensiar xidmətə müraciətiniz olubmu?

- Yox, olmayıb.

- Xədicə əməliyyat olunub. Həftədə yalnız bir dəfə ona yemək çatdırılması səhəttində hər hansı problem yarada bilərmi?

- Səhətti üçün təhlükəlidir. O, hər gün protein qəbul etməlidir, ət yeməlidir. İmkan vermirlər hər gün lazım olanı aparaq, geri qaytarırlar. Çox narahatam ona görə.

- Xədicə ilə bağlı bir neçə məhkəmə işi gedirdi. Məhz belə bir ittihamla həbs olunacağı gözlənilən idimi?

- Yox, mən gözləmirdim. Bu, böyük yalandır. Bunu hamı bilir. Özü də heç gözləmirdi. Onu vətən xaini elan etmək istəyirdilər, alınmadı, ona görə bu adamı üzə durdurdular.

- Bundan sonra gözləntiləriniz nədir?

- Mən bu hökumətdən hər şey gözləyirəm. Mənə elə gəlir ki, Xədicə bu maddəylə məhkəməyə getməyəcək. Çünki bu absurddur.

- Bəs sizcə yeni ittiham irəli sürə bilərlər?

- Mənə elə gəlir ki, tapsaydılar çoxdan edərdilər. Bir şey ki yoxdur, onu necə edə bilərlər.

- Siz tərəfdən hansı addımlar olacaq?

- Müdafiəçimiz əlindən gələni edir. Görək nə olur.

Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsin intihar cəhdi ilə əlaqədar həbs edilib. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb.

XS
SM
MD
LG