Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:50

İsrail jurnalisti Xədicə İsmayılın həbsindən yazdı


Azərbaycan korrupsiyası Xədicəyə qarşı
Gözlə

No media source currently available

0:00 0:13:17 0:00

Azərbaycan korrupsiyası Xədicəyə qarşı

-

«Jurnalist Xədicə İsmayılın məsələsi Azərbaycanda insan haqlarının dəhşətli vəziyyətini bir daha nümayiş etdirir. Lakin İranın qapıbir qonşusu ilə güclü münasibətlərə malik İsrail çətin ki, bu məsələdə öz səsini ucaltsın».

Bunları İsrail jurnalisti və yazarı Yossi Meyman «Jerusalem Post» qəzetindəki məqaləsində qələmə alıb.

HƏBSDƏN PİSİ DƏ OLA BİLƏRDİ

Meyman yazır ki, «Xədicə həbs olunacağını bilirdi və gözləyirdi, bəlkə də daha pisini, Putin Rusiyasındakı bir neçə araşdırmaçı-jurnalist kimi qətlə yetiriləcəyini də gözləyirdi».

Məqalədə deyilir ki, Xədicə İsmayıla qarşı irəli sürülmüş ittihamın qondarma olduğunu hamı bilir.

Yossi Meyman qeyd edir ki, hazırda dünyanın nəzər-diqqəti bu məsələyə və eyni zamanda «İlham Əliyevin zülmkar hökumətinə, onun və korrupsiyalaşmış ailəsinin insan haqlarını pozmasına yönəlib».

«Jerusalem Post»un məqaləsində deyilir ki, media təşkilatları, fərdi jurnalistlər, insan haqları qrupları və bir çox ölkələrin hökumətləri jurnalistə qarşı irəli sürülmüş ittihamı ləğv etməyə və onu dərhal azadlığa buraxmağa çağırırlar.

İSRAİL JURNALİSTLƏRİ XƏDİCƏYƏ AZADLIQ TƏLƏB EDİRLƏR

Tel-Əviv Jurnalistlər Assosiasiyası bu etirazlara qoşulub. Təşkilatın sədri Rotem Avrutsky Bakı hökumətini cəsarətli jurnalisti azad etməyə çağırıb.

Müəllif yada salır ki, AzadlıqRadiosunda çalışan Xədicə İsmayıl prezident Əliyev və onun ailəsinin maliyyə əməliyyatlarından, rəsmilər arasında korrupsiyadan geniş tənqidi yazılarla çıxış edirdi.

Meyman, həmçinin, Xədicə İsmayılın həbsinə qədər hökumət tərəfindən necə təqib olunmasını, mənzilinə gizli kamera yerləşdirilməsini, şantaj və təhdid edilməsini də yada salır.

«Həmin vaxt İsmayıl ona qarşı qarayaxma kampaniyasını mənəvi terror adlandırmışdı» – yazır İsrail jurnalisti.

21-Cİ ƏSRƏ YARAŞMAYAN HÖKUMƏT

Məqalədə deyilir ki, Xədicə İsmayılın əməkdaşlıq etdiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (Organized Crime and Corruption Reporting Project) redaktoru Drew Sullivan hazırda «Xədicəyə azadlıq» kampaniyası vasitəsilə onun buraxılmasına nail olmaq istəyir.

Drew Sullivan İsrail jurnalistinə bildirib ki, hökumət Xədicəni «vətən xaini», «erməni» adlandırıb və «belə bir hökumətin 21-ci əsrdə xalqa rəhbərlik etməsi» acı istehza doğurur.

«Bununla belə», - yazır Yossi Meyman, - «xanım İsmayıl güclü iradə sahibi olaraq qalır».

«BAKINI PAXILLIQDAN TƏNQİD EDİRLƏR»

«Jerusalem Post»un məqaləsində Xədicənin həbsxanadan dostlarına yazdığı məktubdan da söhbət açılır.

«Həbslər və məhrumiyyətlər bizim həqiqəti demək missiyamızın bir hissəsidir. Mənim həbsim bir daha sübut edir ki, dəyişikliyə nail olmaq çox mühümdür. Biz elə bir yeni reallıq qurmalıyıq ki, həqiqət orada həyat norması olsun» – deyilir həmin məktubda.

Lakin prezident Əliyevin sözçüsü Azər Qasımov bütün bunları ABŞ Dövlət Departamentinin və «ölkəyə qibtə edənlərin» kampaniyası adlandırıb.

Sözçü qeyd edib ki, Azərbaycanda «hər kiçik məsələyə diqqət ayıran» Dövlət Departamenti başqa ölkələrdə insan haqlarının pozulmasına reaksiya vermir.

AZƏRBAYCAN SƏMTİNİ DƏYİŞİR

Yossi Meyman yazır ki, Sovet İttifaqı çökəndən bəri Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsi indi Qərbə arxa çevirərək yenidən Rusiyaya üz tutub.

Məqalədə deyilir ki, Azərbaycanın təhlükəsizlik və xarici siyasətini iki mühüm faktor müəyyən edir. Bunlardan birincisi Qarabağ münaqişəsidir. Bu münaqişədə Ermənistanı Rusiya və İran dəstəkləyir.

İkinci faktor isə Azərbaycanın qonşusu İranla təlatümlü münasibətləridir.

«Jerusalem Post» yazır ki, Azərbaycanın son onillikdə İsrailin strateji partnyoru kimi tanınması məhz bu ikinci faktorun üzərində qurulmuşdu.

İNFORMASİYA VƏ HƏDİYYƏ MÜBADİLƏSİ

Məqalədə deyilir ki, iki ölkə arasında təhlükəsizlik və enerji sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycan İsrailin hərbi sənayesi üçün əsas bazarlardan biridir və bu ölkə İsrailin əsas enerji təchizatçısıdır.

«İki ölkənin nazirləri, yüksəkvəzifəli hökumət rəsmiləri, təhlükəsizlik və hərbiyyə rəhbərləri tez-tez görüşür, informasiya və hədiyyə mübadiləsi edirlər» – yazır Meyman.

Məqalədə deyilir ki, bununla belə, son hadisələr Azərbaycanın xarici siyasətində dəyişiklik etdiyini və, görünür, Qərb oriyentasiyasından peşman olduğunu göstərir.

«Buna baxmayaraq, heç vaxt insan haqları barədə narahatlıq ifadə edənlərin sırasında görünməyən İsrail hökuməti, çətin ki, Xədicə İsmayılın həbsi barədə rəy bildirsin» – yazır Yossi Meyman.

XS
SM
MD
LG