Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:33

Məhəmməd peyğəmbər haqda yeni film gəlir


Majidi-nin Məhəmməd peyğəmbər haqda çəkdiyi filmdən kadr
Majidi-nin Məhəmməd peyğəmbər haqda çəkdiyi filmdən kadr

-

Məşhur İran rejissoru Majid Majidi-nin Məhəmməd peyğəmbər haqda yeni filmi 2015-ci ildə ekranlara çıxacaq.

Fars, ərəb və ingilis dillərində yayınlanacaq filmin dünya premyerasının ötən ilin sonunda olacağı gözlənilsə də, bu, təxirə salınıb.

Hazırda film montaj mərhələsindədir. Film peyğəmbərin həyatının - uşaq vaxtından İslam dininin əsasını qoyanacan dövrünü əhatə edir.

Sssenarisi 2007-ci ildə yazılmağa başlanmış film İranda çəkilib. Bəzi bölümlərin çəkilişləri isə Cənubi Afrikanın Limpopo əyalətində aparılıb.

İran hökuməti filmə böyük məbləğdə büdcə ayırıb.

İranın mədəniyyət naziri Hossein Nooshabadi deyib ki, bu film "İran kinematoqrafiyasının ən böyük nailiyyətidir".

Onun sözlərinə görə, peyğəmbər haqda əvvəlki filmlərdə ciddi qüsurlar və qeyri-dəqiqliklər var. Ona görə də belə səviyyədə film üzərində işi tələsik bitirmək olmaz.

Iran, Tehran -- Rejissor Majid Majidi (sağda Iranın ali dini lideri Khamenei ilə
Iran, Tehran -- Rejissor Majid Majidi (sağda Iranın ali dini lideri Khamenei ilə

Hollywood-un vizual effekt mütəxəssisi Scott E. Anderson da bu layihədə iştirak edir.

Üç dəfə “Oscar”a layiq görülmüş İtaliya kameramanı Vittorio Storaro da filmin yaradılmasında iştirak edib.

Storaro “Apokalipsis – indi”, “Sonuncu imperator” kimi filmlərin yaradıcı heyətində olub.

Filmin tarixi olaylara uyğunluğunu təmin etmək üçün ssenari üzərində işə tarixçilər və ruhanilər də cəlb edilib – İran, Mərakeş, Tunis, İraq və Əlcəzairdən.

Majidi-nin çəkdiyi “Səma övladları” filmi 1999-cu ildə “Oscar” mükafatına namizəd olub.

XS
SM
MD
LG