Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:35

Leyla Yunusun həbsxanadan məktubu: "Təhqirlər davam edir"


Leyla Yunus
Leyla Yunus

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus növbəti məktub göndərib.

AzadlıqRadiosu Contact.az-a istinadla məktubu dərc edir:

“Azərbaycanda Almaniyadan olan həkimin iştirakı ilə belə təhqirsiz tibbi ekspertiza həyata keçirə bilmirlər.

29.12.2014-cü il tarixində səhər saat 9:15-də Ədliyyə Nazirliyinin həkimləri kameraya gəldilər və dedilər ki, Almaniyadan məni müayinə etmək üçün həkim gəlib.

Mənə dedilər ki, o, burada, İstintaq Təcridxanasındadır və Tibbi Mərkəzdə məni gözləyir. Amma mən korpusdan çıxdıqda dedilər ki, məni “20 yanvar”dakı Diaqnostika Mərkəzinə aparacaqlar. “Voronok”da getmək işgəncədir və mən bu yolu çox ağır keçirdim.

Alman həkim mənə dedi ki, onu Avropa İttifaqından göndəriblər, və dərhal tibbi müayinəyə başladı.

Otaqda onunla məndən başqa 8-10 yerli həkim var idi. Bu almanın iştirakı ilə hər şey sakit gedirdi. USM-dən, MRT-dən, rentgen və s.-dən keçdim. Sonuncu kardioqram idi. Müayinə boyunca yanımda olan alman bunun son prosedur olduğunu və bütün nəticələri alacağını deyərək, məni sakitləşdirdi və getdi.

Mühafizəçi qadın bütün gün yanımda olub. Bir addım belə uzaqlaşmayıb. Kardioqram çəkilərkən kardioloq sviterimi çıxarmağımı və divara tərəf dönməyimi istədi (baxmayaraq ki, həmişə arxası üstdə yatmağı istəyirdilər). 15 dəqiqə sonra başımı çevirdim və başımın üstündə mühafizəçi kişini gördüm, o, açıqcasına çılpaq halda mənə baxır və gülümsəyirdi.

Niyə onlar yenə məni ələ salır və istehza edirdilər??!! Mən qışqırdım, niyə mühafizəçi qadın olduğu halda kişinin burada olduğunu soruşdum, amma heç kim cavab vermədi. Bundan başqa, baş həkim Ağayev məni nə həkimə, nə də kişiyə yaraşmayacaq şəkildə təhqir edir və alçaldırdı.

Alman heyrətə gəlmişdi, o, yanımda oturub məni sakitləşdirirdi, deyirdi ki, belə bir şeyi təsəvvür belə edə bilməzdi.

Bu təhqirlər müntəzəm olaraq davam edir...”.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus «xalq diplomatiyası» adı altında Ermənistanın qeyri-hökumət təşkilatları ilə birgə Azərbaycanın zərərinə olan işbirliyində, jurnalist Rauf Mirqədirovun Ermənistana səfərlərini təşkil etməkdə, dövlətə xəyanətdə və daha bir neçə məsələdə ittiham olunur.

Hər ikisi ittihamları siyasi sifariş sayır.

XS
SM
MD
LG