Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

​NYT: "Azərbaycan Qərbin ağzından vurur"


Arxif fotosu
Arxif fotosu

.

Qərb mediasının qısa icmalını təqdim edirik.

BBC: "İnsan haqları sarıdan qorxu güclənir"
Yanvarın 7-də BBC televiziyası Azərbaycanla bağlı süjet yayımlayıb.

Rayhan Demytrie-nin müəllifi olduğu reportajda deyilir ki, hakimiyyətin AzadlıqRadiosunun Bakı bürosunu bağlaması söz azadlığına daha bir zərbə oldu.

BBC əməkdaşları AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın həbsindən bir neçə gün sonra Bakı bürosuna başa çəkiblər. Reportaj efirə gedəndə isə büro artıq möhürlənmişdi.

Dekabrın 26-da redaksiyanın bəzi avadanlığı müsadirə olunub, radio əməkdaşlarının işi dayandırılıb. Daha sonra radio əməkdaşlarının əksəriyyəti dindirilib.

"AzadlıqRadiosu hökuməti tənqid edən sonuncu media orqanlarından idi. Ötən il saxlanmış bir sıra tanınmış fəallar isə hələ də həbsdədir," reportajda deyilir.

Reportaj həbsdə olan hüquqşünas İntiqam Əliyevin bir sitatı ilə tamamlanır: "Ölkədə insan haqlarını müdafiə etmək cinayətdir".

"Azərbaycan Qərbin ağzından vurur"
"New York Times" qəzeti Avrasiyada hərbi və təhlükəsizlik məsələlərindən yazan jurnalist Joshua Kucera-nın Azərbaycan-ABŞ münasibətlərinə dair şərhini dərc edib.

Müəllif yazır ki, Xədicə İsmayılovanın həbsi və Bakı bürosunun bağlanması Azərbaycanda alternativ fikirlərin daha da məhdudlaşdırılmasıdır:

"Ancaq bütün bunlar eyni zamanda Xəzər regionunun geosiyasətində ciddi dəyişikliyi – hökumətin Vaşinqtona artan düşmənçiliyini göstərir.

Bakının Qərbə doğru oriyentasiyası əsasən iki prioritetə söykənib: hakimiyyətin saxlanması və Dağlıq Qarabağın geri qaytarılması.

Ancaq Rusiyanın yeni xarici siyasəti Avrasiyada strateji mənzərəni dəyişdirdiyi bir vaxtda Bakı da Qərblə münasibətlərinin bu məqsədlərə çatıb-çatmamasını götür-qoy edir", - deyə müəllif yazır.

Joshua Kucera-nın fikrincə, Birləşmiş Ştatlar Bakının "şantajına təslim olmamalıdır". Risk böyükdür: Vaşinqton Rusiyanı iqtisadi cəhətdən təcrid etmək istəyir, Azərbaycan qazı isə avropalı alıcılar üçün Rusiya ilə rəqabətdə daha vacib alternativə çevrilib. Və Bakının geosiyasi mövqe dəyişikliyi də Dağlıq Qarabağda müharibənin qızışmaması üçün kövrək tarazlığı poza bilər:

"Ancaq Vaşinqtonun Rusiyaya qarşı dəstək toplamaq naminə prinsiplərini qurban verməsi ağılsızlıq olardı. Moskvanın hazırkı geosiyasi mövqeyi müvəqqətidir. Bakıda rusiyayönlü qüvvələr baş qaldırsa da, digər güclü bloklar Qərblə daha yaxın münasibətlərin tərəfdarıdır".

İnsan haqları və demokratiyanı, eləcə də AzadlıqRadiosunu müdafiə etməsə, Birləşmiş Ştatları zəif görünər, tərəfdarlarını da zəiflədir."

Azərbaycan tənqidləri qəbul etmir

"Azərbaycan demokratiya yoluyla irəliləyən müasir müsəlman dövlətidir. Azərbaycan olduğu kimi qəbul edilmək istəyir, digərlərinin onu görmək istədiyi kimi yox," bunu isə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Bloomberg agentliyinin suallarına yazılı cavabında bildirib:

"Azərbaycan heç vaxt təzyiq və hədələrə boyun əyməyib, əyməyəcək də. Münasibətlər kiminsə onların idarə etmək istəyinə əsaslana bilməz. Azərbaycan peyk dövləti, yaxud xarici ölkə forpostu deyil. Adamlar bunu nə qədər tez anlasalar, bizim dostumuza çevrilmələri asanlaşar."

Əli Həsənov onu da söyləyib ki, Azərbaycan Xəzər regionunda qərb sərmayəsinə açılan ilk ölkə olub, ABŞ və Avropa neft nəhənglərinin Xəzərin karbohidrogen ehtiyatlarının istismarı və ixracında iştirakını təmin edib.

Onun sözlərinə görə, AzadlıqRadiosunun Bakı bürosunun yenidən açılması qərarı şübhəli pulyuma iddialarının araşdıran istintaqın nəticəsindən asılı olacaq.

"Əminik ki, Avropa və ABŞ-da bəzi dairələrin Azərbaycan-ABŞ münasibətlərinə kölgə salmaq cəhdləri alınmayacaq. Prezident Obama və ABŞ-ın digər yüksək rütbəli rəsmiləri bu münasibətlərə böyük önəm verdiklərini açıqlayıblar. Onlar prezident İlham Əliyev və hökuməti ilə işləmək arzularını dilə gətiriblər. Onların səmimiliyinə inanırıq," Əli Həsənov deyib.

Müsahibəni ətraflı burda oxu.

Elin Süleymanov David Kramerin tənqidlərinə cavab verib

ABŞ-ın “The Wall Street Journal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun məktubu dərc edilib.

APA-nın xəbərinə görə, Elin Süleymanov “Freedom House” təşkilatının keçmiş rəhbəri, Vaşinqtondakı Makkeyn İnstitutunun direktoru David Kramerin “AzadlıqRadiosunun Bakı bürosu ilə bağlı tənqidlərinə cavab verib.

Səfir bildirib ki, Azərbaycanda aparılan istintaqın ABŞ-a qarşı meydan oxumaq şəklində qiymətləndirilməsi sovet dövründə “əzilən, məsum ABŞ kommunistləri”nin azad edilməsi uğrunda kampaniyanı xatırladır: “SSRİ-də yaşamış biri kimi, mən təəssüflə qeyd etməliyəm ki, bir neçə onillik ərzində ideoloji dezinformasiya kampaniyalarının metodları dəyişməz qalıb”.

Səfir qeyd edib ki, David Kramerin müdafiə etməyə çalışdığı Leyla Yunus beynəlxalq həkim briqadası tərəfindən müayinə olunaraq sağlam hesab edilib, “AzadlıqRradiosunun Bakı bürosu əməkdaşlarının dindirilməsi isə bu KİV-in yaxşı məlum olan ümumi problemi - maliyyə idarəçiliyi ilə bağlıdır.

XS
SM
MD
LG