Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:31

Bakı-Naxçıvan avtobus reysləri təxirə salınıb


Bakı Beynəlxalq Avtovağzalı
Bakı Beynəlxalq Avtovağzalı

.

Beynəlxalq Avtovağzalından Naxçıvana gedən avtobus reysləri yanvarın 8-dən təxirə salınıb. Bu haqda AzadlıqRadiosuna Naxçıvana getmək istəyən sərnişinlər məlumat verib. Sərnişinlərin bildirdiyinə görə, avtovağzal rəhbərliyi reyslərin təxirə salınmasına səbəb kimi respublika ərazisində hava şəraitinin kəskin pisləşməsini göstərirlər. Naxçıvan sakini Valeh Quliyev deyir ki, artıq bir sutkaya yaxındır ki, avtovağzalda gözləyir:

“Deyirlər yolları qar tutub deyə, avtobus işləmir. Deyilənə görə, əsas İran ərazisinə çoxlu qar yağıb. Mənimlə bərabər burada xeyli adam gözləyir ki, yol açılsın, gedək. Təyyarə ilə Naxçıvana getmək baha başa gəlir deyə, məcburuq gözləyək”.

Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana gedən reyslərin kəskin hava şəraitin səbəbindən təxirə salındığını təsdiqlədilər. Kompleksdən həmçinin bildirdilər ki, digər beynəlxalq və şəhərlərarası reyslərərin yerinə yetirilməsində problem yoxdur.

Bakıdan Naxçıvan hər gün 6 avtobus reysi gedir. Avtobuslar Naxçıvana çatmaq üçün İran ərazisindən istifadə edirlər. Avtobus biletlərinin qiyməti 16 manatdır. Blokadada olan Naxçıvana getmək üçün digər yol isə hava nəqliyyatıdır. Bu yoldan istifadə etmək istəyən sərnişinlər 50 manat ödəməlidir.

XS
SM
MD
LG