Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:45

Vasif Talıbov peyğəmbərin mövlud gününü qeyd edir


Arxiv fotosu
Arxiv fotosu

-

Naxçıvanda Məhəmməd peyğəmbərin mövludu günü qeyd edilib. Şərq qapısı yazır ki, yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidini ziyarət edərək mövlud günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

Xəbərdə oxuyuruq: "Çoxəsrlik tolerantlıq ənənələrinə malik olan Azərbaycanda dini-mənəvi dəyərlər tarixən müqəddəs hesab olunmuş, xalqımız humanizm və bəşəri ideyaların daşıyıcısı olan islami dəyərləri daim uca tutmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycanda formalaşan dövlət-din münasibətləri və dini dəyərlərə sadiqlik nümunə gücündədir. Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məscid binaları tikilir, dindarlar üçün lazımi şərait yaradılır. ...

Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunmuş, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanmışdır.

Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilmişdir".

Bir başqa yazısında isə Şərq qapısı Naxçıvanda biznes və investisiya mühitindən yazır.

"...Təkcə bu faktı qeyd edək ki, 2014-cü il ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan 18 layihənin maliyyələşdirilməsinə, ümumilikdə, 6 milyon 30 min manat vəsait sərf edilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, həmin vəsaitin 5 milyon 415 min manatı müxtəlif sənaye məhsulu yönümlü 11 layihənin maliyyələşdirilməsinə yönəldilib. 615 min manatı isə kənd təsərrüfatı məhsulları istehsalı yönümlü 7 layihənin maliyyələşdirilməsinə sərf olunub.

Muxtar respublikada digər istehsal sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Silikon yorğan-döşək və yataq bazası, qızıl-gümüş zinət əşyaları, elektrik açarları, alçıpan örtüklər, gips, əhəng, ət qovurması, unlu-qənnadı məmulatlar, bərk pendir istehsalı, toxumçuluq, quşçuluq, kompleks arıçılıq təsərrüfatı, istixana kompleksləri və xidmət olmaqla, 19 sahənin yaradılması istiqamətində işlər davam etdirilir. Yaradılmış istehsal və xidmət sahələrində 432 yeni iş yeri açılıb". - məqalədə bildirlir.

XS
SM
MD
LG