Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:38

Konqresmen Rohrabacher Azərbaycanla bağlı dinləmələrə çağırdı


Dana Rohrabacher
Dana Rohrabacher

--

ABŞ Nümayəndələr Palatasının üzvü, Palatanın Avropa, Avrasiya və Yeni yaranan Təhlükələr üzrə Altkomitəsinin sədri Dana Rohrabacher Azadlıq Radiosuna qarşı baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Azərbaycanın dünyanın şəksiz vacib hissəsində Amerikanın dəyərli müttəfiqidir. Ancaq hökumətin Azadlıq Radiosuna qarşı son hərəkətləri bu münasibətlərin möhkəmlənməsinə xidmət etmir. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbsi və daha sonra Azadlıq Radiosunun ofisində aparılan axtarış hökumətin azad media və ictimai fikri məhdudlaşdıran hərəkətləri sırasında sonuncudur".

"Mətbuat və ifadə azadlığı istənilən hökumətin vətəndaşları ilə əlaqə qurması və irəliləyişi zərbə altında qoyan korrupsiyanın əngəllənməsi üçün vacibdir. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa, Avrasiya və Yeni yaranan Təhlükələr üzrə Altkomitəsinin sədri kimi ümid edirəm ki, ABŞ-ın Azərbaycanla münasibətlərinə dair dinləmə keçiriləcək. Bu dinləmələr narahatlıq doğuran və əməkdaşlığın güclənməsinin vacib olduğu ərazilərin müəyyənləşməsinə yardım edəcək".

"Hökuməti xanım İsmayılovanı azadlığa buraxmağa çağırıram. Belə bir hərəkət düzgün istiqamətdə addım və Azərbaycanın müsbət niyyətlərinin əlaməti olar," Konqresmen Rohrabacher bəyanatını belə tamamlayır.

Dekabrın 5-də AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova həbs olunub. Radionun Bakı bürosunda dekabrın 26-da axtarış aparılıb, ofis möhürlənib. Daha sonra radionun onlarla əməkdaşı istintaqa çağırılıb.

XS
SM
MD
LG