Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:57

Rəsul Cəfərovun işində Anar Nağılbaz zərərçəkən kimi tanınır


Rəsul Cəfərov kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:05:31 0:00

Rəsul Cəfərov kimdir?

Yanvarın 15-i və 16-da Azərbaycanda iki tanınmış hüquq müdafiəçisinin məhkəməsi başlayır. İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası yanvarın 15-də Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin isə 16-da keçirilir.

ANAR NAĞILBAZ ZƏRƏRÇƏKƏN KİMİ TANINIR

APA agentliyinin xəbərinə görə Rəsul Cəfərovun cinayət işi üzrə hazırlıq iclasında onun vəkili Fariz Namazlı çıxış edərək cinayət işinə xitam verilməsi, ekspertiza aparan ekspertlərin məhkəməyə çağırılaraq dindirilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, prosesin audio və video yazısının aparılması, həbs qətimkan tədbiri dəyişməyəcəyi təqdirdə təqsirləndirilən şəxsin proses zamanı vəkilinin yanında əyləməsi və məhkəməyə təqdim olunan digər sənədlərin iş materiallarına əlavə olunması barədə vəsatətlər verib.

Prokuror Mübariz Mirili çıxış edərək onların təmin olnmamasını istəyib.

Cinayət işi üzrə zərərçəkən kimi tanınan Anar Nağılbaz (Cəbiyev) və Əhməd Heybətov isə məhkəmədən vəkilin vəsatətlərin təmin olunmasını xahiş ediblər. Anar Nağılbaz Rəsul Cəfərovun həyata keçirdiyi bir çox layihələrdə iştirak edib. Amma onun necə zərərçəkən olması barədə ətraflı məlumat yoxdur.

Müşavirədən sonra hakim vəkilin vəsatətlərindən yalnız birinin əlavə sənədlərin iş materiallarına qoşulması vəsatətinin təmin olunduğu açıqlayıb.
Məhkəmə baxışı yanvarın 27-nə təyin olunub

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaq, vəzifə saxtakarlığı və küli miqdarda mənimsəmə maaddələri ilə yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə, hüquq müdafiəçisi 12 ilədək azadlıqdan məhrum edilə bilər.

İntiqam Əliyev
İntiqam Əliyev

ƏCNƏBİ QONAQLAR MƏHBUSLARLA GÖRÜŞƏ CAN ATIR

Yanvarın 16-da isə digər tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə hazırlıq iclası keçiriləcək.

Beynəlxalq İnsan Haqları Federasiyası (FİDH) yanvarın 14-də yaydığı bəyanatda bildirir ki, bu məhkəmələr insan haqları müdafiəçilərini susdurmaq kampaniyası çərçivəsində ilk proseslərdir.

Qurumun nümayəndə heyəti yanvarın 4-dək 8-dək Bakıda olub, Rəsul Cəfərov və İntiqam Əliyevlə görüşməyə çalışıb. Görüş siyahısına həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılova və hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Anar Məmmədli, Bəşir Süleymanlı və Hilal Məmmədov da daxil idi. Ancaq israrlı xahişlərə baxmayaraq, bu görüşlərə icazə verilməyib.

​"Son aylar QHT-lər və onların rəhbərləri üzərinə böyük ağırlıq düşüb. Bu gün vətəndaş cəmiyyəti özünü senzuraya və repressiyaya məruz qalıb," bunu FİDH-nin vitse-prezidenti Tolekan Ismailova deyib.

Qurum Cəfərov və İntiqam Əliyevin məhkəmələrinə müşahidəçilər göndərəcək və yanvar missiyasına dair hesabat hazırlayacaq.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları adı çəkilən şəxslərdən başqa Azərbaycanda 100-ə yaxın siyasi məhbuslar olduğunu bildirirlər. Azərbaycan rəsmiləri isə ölkədə siyasi motivlərlə heç kəsin həbs edilmədiyini, adı çəkilən şəxslərin isə konkret cinayət əməllərinə görə ittiham olduqlarını bildirir.

XS
SM
MD
LG