Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:51

Bir ildə 3 mindən çox rüşvət şikayəti olub


Arxiv fotosu.
Arxiv fotosu.

-

- 2014-cü ildə 3 194 vətəndaşın müraciətinə baxılıb, 218 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 82%-i üzrə cinayət işi başlanıb.

Bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2014-cü ilin yekunları ilə bağlı yanvarın 15-də keçirdiyi mətbuat konfransında deyib.

Kamran Əliyev bildirib ki, baş idarənin “Qaynar xətt”-nə il ərzində 4 945 müraciət olub, həmin müraciətlərin 21-i üzrə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından da Baş İdarəyə ümumilikdə 64 müraciət daxil olub.

Kamran Əliyev həmin müraciətlərin 45-i ilə bağlı cinayət işi başlandığını deyib:

“Cinayət xarakterli materiallar digər qurumlardan toplanmış, ilkin araşdırılma aparılaraq göndərilib. Belə materialların sayı artıb. 2014-cü ildə baş idarəyə 2 018 belə material daaxil olub.

2013-cü ildə belə materallar 213 idi. 2013-cü ildə baş idarə tərəfində 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün məhkəməyə göndərilib”.

Kamran Əliyev qeyd edib ki, Baş İdarə tərəfindən ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən cinayət işlərində təhsil, bank sektoru, yerli icra orqanları ilk üçlükdədir. Bu cinayət işlərinin əsasını mənimsəmə və israf etmə, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq təşkil edir.

İqtisadçı ekspert Qubad İbadoğlu fikrincə isə təhsildə, yol polisində rüşvətxorluq halları bir qədər azalsa da, bəzi sahələrdə ciddi problemlər üzə çıxıb. Ekspert bu siyahıda birinciliyi məhkəmə sisteminə verir:

- Cinayət işləri ilə bağlı açıqlanan rəqəmlər faktdır. Müəyyən işlər görülür. Korrupsiya ilə mübarizədə müəyyən irəliləyişlər də var, geriləmələr də.

Bizneslə bağlı, mülkiyətlə bağlı məhkəmə iddialarında korrupsiya halları geniş yayılıb.

Həmçinin, gömrük və vergi orqanlarında korrupsiyanın azaldığını deməzdim. Müdafiə, təhlükəsizlik məsələlərinə büdcə xərcləmələrində də şəffalıq problemləri qalır. İnşaat sektorunda korrupsiya yaradıcı mühit var.

Qubad İbadoğlu belə hesabatlar, müzakirələrin müsbət hal olduğunu desə də, alternativ hesabatların da olmasının vacibliyini vurğulayır. Ekspert bildirir ki, birtərəfli dəyərləndirmə ilə mövcud vəziyyəti düzgün qiymətləndirmək mümükün deyil:

- Mediada korrupsiya faktlarını dərc edənlər də təzyiqlərlə, həbslərlə üzləşir. Vətəndaş cəmiyyəti hal-hazırda müşahidəçi halında qalıb.

Digər tərəfdən hələ də məmurlar öz gəlirlərini açıqlamır. Azərbaycanda daşlaşmış idarə edənlər institutu yaranıb. İlərdir eyni adamların eyni sahəyə nəzarət etməsi korrupsiya ilə mübarizənin effektli aparılmasına maneələrdən biridir.

Məişət səviyyəsində korrupsiya azalsa da, sisyasi, biznes səviyəsində korrupsiyanın artımı müşahidə olunur. Hesabatda göstərilən cəzalandırılanlar kiçik korrupsionerlərdir.

Ekspert bu hesabatın ötənilki hesabatlardan elə də fərqlənmədiyini deyir.

Azərbaycan Transparency İnternational təşkilatının 2014-ci il üçün Korrupsiya Qavrama İndeksi cədvəlində 29 bal toplayaraq 175 ölkə arasında 126-cı sırada yer alıb.

Azərbaycan ötən il 177 ölkə arasında 127-ci, 2012-ci ildə isə 176 ölkə arasında 139-cu yeri tutmuşdu.

XS
SM
MD
LG