Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:41

Jurnalist Seymur Həzi 5 il müddətinə həbs olundu


Jurnalist Seymur Həzi
Jurnalist Seymur Həzi

-

Yanvarın 29-də Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin məhkəməsi keçirilib. Məhkəmənin hökmü ilə Seymur Həzi 5 il azadlıqdan məhrum edilib

Dövlət ittihamçısı ona 6 il həbs cəzası istəmişdi.

Atası Məşgul Həziyev AzadlıqRadiosuna deyib ki, bu qərar bir daha oğlunun həbsinin siyasi sifariş olduğunu göstərdi:

«Məhkəmə əvvəldən sona qədər işə qeyri-obyektiv baxdı. Heç bir vəsatətləri təmin etmədi sonda da siyasi sifarişi icra etdi».

AXCP sədri Əli Kərimlinin firkincə Seymur Həzinin həbsi siyasi həbslər dalğasının davamıdır:

«Siyasi sifarişli məhkəmə də belə ədalətsiz qərar verməli idi»

*Seymur Həzi avqustun 29-da tutulub, xüliqanlıqda ittiham olunur.

Müdafiə tərəfi ittihamın siyasi sifariş olduğunu deyir.

Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin fəaliyyəti ilə bağlı olmadığını deyirlər.

Seymur Həzi “Azadlıq” qəzeti və Türkiyədən yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP-nin üzvüdür.

XS
SM
MD
LG