Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:39

Müxalifətçilər Dağlıq Qarabağa buraxılmadı [Video]


Polis avtoyürüş iştirakçılarını döyür
Polis avtoyürüş iştirakçılarını döyür

-

​Yanvarın 31-də Dağlıq Qarabağ istiqamətinə avtoyürüş keçirən tədbir iştirakçıları Laçın yaxınlığında polislərin hücumuna məruz qalıb. «Təsis Parlamenti» təşkilatı xəbər verir ki, iştirakçıların maşınları sındırılıb, bayraqları cırılıb.

AzadlıqRadiosunun erməni xidməti bildirir ki, avtoyürüşün bütün iştirakçıları bədən xəsarətləri alıblar. «Noyan Tapan» informasiya agentliyinin jurnalisti xəstəxanaya aparılıb.

«Təsis Parlamenti» bəyan edib ki, naməlum şəxslər Yerevandan Dağlıq Qarabağa avtoyürüş edən iştirakçıları qarşılayacaq adamları da döyüblər.

Bundan öncə təşkilat bildirmişdi ki, Qarabağda onların avtoyürüşünə mane olmağa cəhd ediləcək.

AzadlıqRadiosu ilə söhbətində avtoyürüş iştirakçısı, Qarabağ müharibəsi veteranı Araik Khudaverdyan deyib ki, Laçın yaxınlığında polislər onlara Qarabağa girməyi qadağan ediblər:

«Jirair Sefilian dedi, yaxşı, gedə bilmiriksə, onda Yerevana qayıdaq. Amma onlar Jirair-ı döyməyə başladılar. Bu, quldur hücumu idi. Maşınlara cumdular, pəncərələri sındırdılar. Bircə maşın karvanının sonundakı avtomobil salamat qaldı».

«ARAMIZDA SİLAHLI ŞƏXS OLMAYIB»

Jirair Sefilian «Təsis Parlamenti»nın üzvüdür. Araik Khudaverdyan deyir ki, zərbələri polis əməkdaşları və xüsusitəyinatlıların formasını geyinmiş gənclər endirirdilər: «Bütün bunlar yüksəklikdə duranların atəşi altında baş verirdi».

Xəsarətlər alan jurnalistə Gorus xəstəxanasında tibbi yardım göstərilib. Hücum zamanı iştirakçıların videokameraları da sındırılıb.

Khudaverdyan deyir ki, döyülənlər arasında Jirair Sefilian-ın arvadı və oğlu ilə yanaşı, 10-15 adam olub: «Onların ciblərindən telefonlarını, pullarını və pasportlarını götürüblər. Avtoyürüşdə 40-dək maşın var idi».

Hadisəni qiymətləndirən Khudaverdyan deyir: «Hadisəni siyasi nöqteyi-nəzərdən şərh etsək, belə çıxır ki, Qarabağ rəhbərliyi Ermənistanla arasında sərhəd çəkdiyini və Ermənistan vətəndaşlarının Qarabağa getmək hüququnun olmadığını göstərmək istəyir».

Khudaverdyan avtoyürüş iştirakşılarının silahlı olması ilə bağlı məlumatları təkzib edir: «Bizim aramızda silahlı şəxs yox idi. Qadınlar, uşaqlar var idi, bu, sülhməramlı yürüş idi».

POLİS İCTİMAİ-ASAYİŞİN POZULACAĞINDAN NARAHAT OLUB

Tanınmamış «Dağlıq Qarabağ Respublikası»nın polisi hadisə ilə bağlı yaydığı məlumatda bildirib ki, region ictimaiyyəti «Təsis Parlamenti»nın avtoyürüşünə mənfi münasibət bəsləyib. Əhalinin tanınmış şəxsləri qərara alıb ki, yürüş iştirakçılarının Qarabağa girişinin qarşısı alınsın.

Polisin bəyanatında deyilir ki, ictimai-asayişin pozulacağı ehtimalını nəzərə alıb Gorus-Xankəndi magistralının bəzi yerlərində polis dəstələri qoyublar:

«Avtoyürüş iştirakçılarını qarşılayan polis əməkdaşları onlardan Qarabağda gərginlik yarada biləcək bu təşəbbüsdən əl çəkməyi istəyib. Buna baxmayaraq, avtoyürüş iştirakçıları qeyri-qanuni hərəkətlərə yol veriblər və polisin xəbərdarlığından sonra da təxribata davam ediblər».

Polis «qeyri-qanuni hərəkətlər» deyəndə, nəyi nəzərdə tutduğunu aydınlaşdırmayıb.

XS
SM
MD
LG