Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:32

Manat ucuzlaşarsa, kredit ödəyiciləri qazanar


Manat və dollar
Manat və dollar

-

«Yeni Müsavat» qəzeti 9 fevral sayında manatın ucuzlaşacağı halda kredit ödəyicilərinin qazancından bəhs edir. Qəzet yazır ki, manat devalvasiya olsa, vətəndaşlar xeyir götürəcək, banklar təlaş içindədir və xarici valyuta ilə kredit verməyə başlayıblar.

Qəzetə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib ki, manatın ucuzlaşması istənilən halda kredit ödəyicisinə sərf edir:

«Dünyada bu proses müxtəlifdir. Azərbaycanda isə fiksə edilib. Dünyada üzən faizə uyğun dəyişir, yəni faizlər artır və azalır. Müqavilədə dəyişiklik olacağı qeyd edilməyibsə, o halda əvvəlki şərtlərlə kredit ödəniləcək. Bu zaman manat devalvasiya olarsa, kredit ödəyicilərinin xeyrinə olacaq, pul dəyərdən düşəcək. Amma xarici valyuta ilə kredit ödəyənlərin zərərinə olacaq. Məsələn, 100 dollara görə 79 manat ödəyirdisə, 110 manat verməli olacaq. Onu da deyim ki, son 2-3 ayda banklar xarici valyuta ilə kredit verməyə başlayıb».

DAHA HANSI QURUMLAR LƏĞV OLUNA BİLƏR?

«Azadlıq» qəzeti oxşar funksiya daşıyan dövlət qurumlarının ləğvi mümkünlüyündən yazır. Qəzet iddia edir ki, neftin qiymətində əhəmiyyətli artım olmasa, minlərlə insan işsiz qalacaq.

«Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi son deyil. Daha bir neçə qurumun ləğv edilməsi ilə bağlı plan var». Qəzetin yazdığına görə, dövlət qurumlarının ləğvi hakimiyyətin böyük ixtisar planının tərkib hissəsidir.

Ləğvi ehtimal olunan qurumlar sırasında «Meliorasiya və Su Təsərrüfatı» ASC, Mənzil İstismar Sahələrinin adları hallandırılır.

Foto: Arxiv
Foto: Arxiv

TƏHSİL HAQQI ARTA BİLƏR

ANSpress yazır ki, Azərbaycanda 2016-cı ildən ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək. Bu, ölkə təhsil sisteminin dünya təhsil sisteminə uyğunlaşdırılması baxımından atılan addım kimi qiymətləndirilir.

Ödənişli təhsil planı ilə bağlı məhdudiyyətin götürülməsi təhsil haqqına təsir göstərib-göstərməyəcəyi məsələsini ANS Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ilə dəqiqləşdirməyə çalışıb. TQDK rəsmisi söyləyib ki, təhsil haqqı ilə bağlı indidən fikir söyləmək olmaz, bunu gələcək göstərəcək. Qiymət məsələsi ali təhsil müəssisləri tərəfindən təklif kimi verilir və TQDK buna baxdıqdan sonra təsdiqlənir.

Təhsil üzrə ekspert Etibar Əliyev isə məsələyə fərqli yanaşır. O izah edib ki, əvvəllər ali məktəb hər hansı ixtisas üzrə müəyyən sayda tələbənin təhsilini təmin etmək üçün Nazirlər Kabinetinə müraciət edirdi. Nazirlər Kabineti dövlət hesabına təhsil üçün ali məktəbə müəyyən sayda yer ayırırdı, yerdə qalan say ödənişli təhsilə aid edilirdi. Artıq bu say götürüləcək. Yəni, ali məktəb özünün maddi-texniki bazasını, professor-müəllim heyətini, auditoriya fondunu əsas götürərək məhdud sayda yox, imkan çərçivəsində istədiyi qədər ödənişli əsaslarla tələbə qəbul edəcək.

XS
SM
MD
LG