Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:40

Emin Milli: «Meydan TV heç kimin nüfuzuna xələl gətirməyib»


Emin Milli
Emin Milli

-

«Meydan TV heç kimin nüfuzuna xələl gətirməyib».

Meydan TV-nin icraçı direktoru Emin Milli rəhbərlik etdiyi qurumun Yasamal rayonu 12saylı seçki komissiyası üzvləri tərəfindən məhkəməyə verilməsinə belə münasibət bildirib. 12 komissiya üzvü, başda sədr Əfrus Hacıyeva olmaqla Meydan TV-ni və «Azadlıq» qəzetini onların şərəf, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edirlər. Buna görə məhkəməyə müraciət edərək 5 min manat təzminat və təkzib tələb edirlər.

Emin Milli AzadlıqRadiosuna deyib:

«Meydan TV heç kimin nüfuzuna xələl gətirməyib və faktı işıqlandırıb. Bu fakt əsasında da MSK həmin nəticələri ləğv edib».

Bu həftə - fevralın 12-də Yasamal rayon məhkəməsi həmin məntəqə üzvləri adından verilən iddiaya baxmalıdır. Emin Milli bununla bağlı deyib:

«Bizim hazırda Bakıda ofisimiz yoxdur. Ona görə də, prosesin necə olacağı, hüquqi tərəfləri barədə vəkillərimizlə məsləhətləşirik».

Ötən il keçirilən bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı Cavid Abdullayev sözügedən məntəqədə Əfrus Hacıyevadan müsahibə alarkən seçicinin qutuya topa bülleten atdığını çəkmişdi. Əfrus Hacıyeva və komissiya üzvləri jurnalistin bununla bağlı sualına cavab verməyərək onu məntəqədən qovmuşdular.

Bu hadisə sosial şəbəkələrdə və KİV-də geniş rezonans doğurmuşdu. Bundan sonra Mərkəzi Seçki Komissiyası 12 saylı məntəqədə qanun pozuntusunu əsas gətirərək seçkilərin nəticələrini ləğv edib və məntəqə komissiyasını buraxıb.

XS
SM
MD
LG