Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:33

Emin Hüseynov İsveçrə səfirliyinə sığınıb


Azerbaijan. Baku. Embassy of Switzerland in Azerbaijan
Azerbaijan. Baku. Embassy of Switzerland in Azerbaijan

-

Son altı aydır ki, İsveçrənin Bakıdakı səfirliyi azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovu qoruyur.

Bu haqda İsveçrənin Milli SRF Telekanalında yayımlanan “Rundschau” verilişi ortaya çıxarıb.

Məlumatda deyilir ki, 35 yaşlı Hüseynov İlham Əliyev avtoritar rejimini davamlı olaraq tənqid edib.

6 aya yaxındır RATİ-nin rəhbəri Emin Hüseynovun harada olması haqda dəqiq məlumat yox idi, onun Bakıdakı xarici səfirliklərdən birində gizləndiyi haqda yazılar dərc olunsa da məlumatı yoxlamaq mümkün deyildi.

İsveçrə jurnalistlərinin yaydığı xəbərə əsasən, Emin Hüseynov ehtimal olunduğu kimi İsveçrənin Bakıdakı diplomatik missiyasındadır. İsveçrə telekanalının Rundschau proqramının efirə hazırladığı verilişdə Emin Hüseynovun “səfirlik sığınacağı”nın detalları açıqlanır.

“2014-cü ilin avqustu idi. Hər dəqiqənin əhəmiyyəti var idi. Emin Hüseynov özünü İsveçrə vətəndaşı kimi qələmə verərək polisin təqibindən yaxa qurtara bildi” – Hüquq müdafiəçisi Florian İrminger dramatik hadisələri İsveçrə telejurnaslitinə belə təsvir edir və bildirir ki, həmin vaxtdan Emin səfirliyin binasında gizlənir.

Rundscahu-nun rəsmi sorğusuna cavab verən İsveçrə xarici işlər nazirliyi bildirib ki, Emin Hüseynova “humanitar əsaslarda” sığınacaq verilib. “O vaxtdan biz Azərbaycan höküməti və rəsmiləri ilə çıxış yolu tapmaq üçün məsələni müzakirə edirik” – Xarici nazirliyinin yazılı cavabında bildirilir.

Hadisə 2 ölkə arasında diplomatik böhran yaradıb. Bildirlir ki, İsveçrə xarici işlər naziri şəxsən bu işlə məşğuldur və hətta Emin Hüseynovla görüşüb.

Rundschau hesab edir ki, Emin Hüseynovun səfirliyə sığınması İsveçrə höküməti üçün olduqca pis məqama təsadüf edir. Çünki Azərbaycanla sıx iqtisadi əlaqələri olan ölkənin AXPO şirkəti Trans Anadolu qaz kəməri layihəsində iştirak edir, ARDNŞ isə İsveçrədəki Ecco yanacaqdoldurma şəbəkəsini alaraq ölkəyə investisiya yatırıb.

"Azərbaycana mütəmadi səfərlər edən İsveçrə nazirlərinin marağındadır ki, ölkənin şirkətləri Azərbaycanla əməkdaşlıqdan imkan daxilində çox bəhrələnsin". - Rundschau-nun Emin Hüseynov haqda verilişinin anonsunda bildirilir.

Xatırladırırq ki, Emin Hüseynovun yoxa çıxdığı günlər, avqustun 11-də onun rəhəbrlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi institunun ofisində axtarış aparılıb, təskilatın kompüterləri, disklər və digər avadanlıq götürülüb. Bundan sonra RATİ-nin əməkdaçları prokurorluqda ifadə verib. İnstitutun hüquqşünası Günay İsmayılovanın isə ölkədən çıxışına qadağa qoyulub.

XS
SM
MD
LG