Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:44

Jurnalistləri Müdafiə Komitəsi Xədicə İsmayılı dərhal azad etməyə çağırdı


Xədicə İsmayıl
Xədicə İsmayıl

Qərargahı ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini Azadlıq Radiosunun araşdırmaçı yazarı Xədicə İsmayıla qarşı yeni ittihamları ləğv etməyə və onu dərhal azadlığa buraxmağa çağırıb.

Həmkarını intihar həddinə çatdırma ittihamı ilə həbs olunan X.İsmayılı indi də vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıqda suçlayırlar.

“Azərbaycan rəsmiləri belə qondarma ittihamlarla heç kəsi axmaq yerinə qoya bilməzlər – bunlar korrupsiya və insan haqları pozuntularını araşdıran cəsur jurnalistləri həbsə atmaq üçün miskin cəhdlərdir” – deyə təşkilatın Avropa və Mərkəzi Asiya Proqramının koordinatoru vurğulayıb.

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanın Avropada ən çox jurnalist həbs edən ölkə olduğunu da xatırladır.

XS
SM
MD
LG