Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:40

Berlində etiraza görə Azərbaycanda həbsə atılan var


Berlindəki aksiyadan görüntü
Berlindəki aksiyadan görüntü

-

"Bir neçə həftə öncə, yanvarın 21-də Berlində Almaniya kansleri Angela Merkel-in ofisinin qarşısında etiraz edən azərbaycanlı fəallarla qarşılaşdım. Onlar Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Merkel-i çağırırdılar ki, danışıqlarda insan haqlarına diqqət yönəltsin. Oraya toplaşan fəallar öz ölkələrində həbsə atılmaq təhlükəsini göz önünə alıb Azərbaycanda çıxmışdılar. Ancaq hələ bilmirdilər ki, Berlində bu dinc aksiyanın onların vətəndə qalan ailə üzvləri üçün ciddi nəticələr törədəcək". Bunu Human Rights Watch hüquq müdafiə təşkilatının Avropa və Orta Asiya bölməsinin direktoru Hugh Williamson yazır.

QOHUMLAR HƏDƏFDƏ

Müəllif 31 yaşlı bloqqer Tural Sadıqlının həmin fəallardan biri olduğunu qeyd edir. Fevralın 13-də onun Bakıda yaşayan böyük qardaşı, 37 yaşlı Elgiz 1.5 kq marixuana saxlama ittihamı ilə həbs olunub. Barəsində iki aylıq həbs qərarı seçilib. Təqsiri sübuta yetirilsə, 3 ilədək həbs oluna bilər.

"Həmin etirazla bu həbs arasında əlaqə varmı? Bunu sübut edə bilməsə də, Sadıqlı əmindir ki, Elgizə qarşı ittihamlar quraşdırılıb, siyasi motivlidir, hakimiyyət xaricdə yaşayan tənqidçilərinin qohumlarını qısnayır və təqib edir," Hugh Williamson yazır.

NARKOTİK MADDƏNİN DÜRTÜLMƏYİ

Müəllif qeyd edir ki, Human Rights Watch Azərbaycanda fəalların və onların qohumlarının təqib olunduğu halları sənədləşdirib. "Saxta ittihamlar irəli sürmək üçün narkotik maddədən istifadə halları da sənədləşdirmişik. Bu halların çoxunda polis həmin maddələri soruşmur, fərdin fəaliyyəti barədə dindirmə aparır," Williamson qeyd edir.

Tural Sadıqlı da qardaşının necə saxlandığını təsvir edir. Elgiz polis maşınında gedəndə hiss edir ki, polis əməkdaşı onun cibinə nəsə dürtür, o, həmin şeyi çıxarıb atır, ancaq polislər bu hərəkəti polislər bölməsində təkrarlayırlar, maşınına da narkotik maddə qoyurlar. Bir gecə polisdə saxlanan atası Əlövsət Sadıqlı deyir ki, polis ona bu həbslərin oğlunun Berlindəki fəaliyyəti ilə bağlı olduğunu deyib.

Berlindəki etiraza qatılmış digər fəalların qohumları da polisə çağırılıb, Sadıqlı belə deyir. İki qohum işdən çıxarılıb, qohumlardan birinə Berlin etirazından foto da göstərilib.

KANSLERİN QAPISININ AĞZINDA

"Kansler Merkel-in ofisinin qapısındakı etirazın nəticələri o deməkdir ki, Azərbaycan hökumətinin insan haqlarına etinasız yanaşması artıq onun ölkəsinə qədər gəlib çatıb. Kansler bildirib ki, Əliyevlə insan haqları məsələsini qaldırıb; ancaq indi Əliyevə deməlidir ki, belə qisas almaq tamamilə qəbuledilməzdir və Elgiz Sadıqlı, eləcə də digər siyasi motivlərlə saxlananlar dərhal buraxılmalıdır," Hugh Williamson vurğulayır.

Əlövsət Sadıqlı AzadlıqRadiosuna müsahibəsində də oğlu Elgizin Berlində yaşayan digər oğlunun fəaliyyətinə görə saxlandığını deyib.

DİN fevralın 14-də Elgiz Sadıqovun üzərindən və maşınından 1 kq-dan çox marixuana tapılması ilə bağlı məlumat yayıb. Fevralın 16-da onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

137
XS
SM
MD
LG