Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:51

Ravvin ibadətə gələn qadınların çılpaq videolarını çəkirmiş


Barry Freundel
Barry Freundel

-

ABŞ-da Barry Freundel adlı ravvin sinaqoqa gələn onlarla qadının çılpaq videosunu gizli çəkdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Ravvin ibadətə gələn, ritual vanna qəbulu üçün hazırlanan qadınları gizli quraşdırılmış kamera ilə çəkirmiş.

Prokurorluq ravvinin son üç ildə hədəfinə tuş gəlmiş təxminən 100 qadından 52-sini müəyyənləşdirə bilib.

27 yaşlı Emma Shulevitz ravvinin qurbanlarından biridir, amma bu günlərdə ana olduğundan məhkəməyə gələ bilməmişdi. Ancaq dinləmələrdən sonra Shulevitz bildirib ki, Freundel-ə verilən ittihamla kifayətlənir, ancaq onun çoxlu sualları var: «Bilmək istəyərdim ki, o, bunu niyə edib».

Hər bir nalayiq hərəkətin maksimum bir il cəzası var. Gözlənilir ki, ittihamçılar ona xüsusi cəza tələb etməsinlər. Freundel haqqında hökm mayın 15-də çıxarılacaq.

OLAY YƏHUDI ICMALARINI SARSIDIB

Freundel Vaşinqtonda ortodoksal Kaşer İsrail sinaqoquna 25 il rəhbərlik edib. Bu sinaqoqa keçmiş senator Joseph Lieberman, ABŞ maliyyə naziri Jack Lew kimi məşhur adamlar da gəlib-gedib.

Ravvin həm də dünya ortodoksal yəhudiliyində əsas fiqurlardan biridir.

63 yaşlı Freundel ötən ilin oktyabrda həbs olunub. Ona qarşı Corctaun şəhərində Kaşer İsrail sinaqoqunda işləyən zaman 6 qadını çılpaq vəziyyətdə gizlicə videokameraya çəkməklə bağlı ittiham irəli sürülüb. Ancaq ittihamçılar bildiriblər ki, kompüterinə baxış zamanı qüsl üçün hazırlanan, soyunan başqa qadınları da çəkdiyi üzə çıxıb.

Yəhudi inancına görə, yəhudi qadınlar menstruasiya bitdikdən sonra əri ilə cinsi əlaqəyə davam etməsi üçün Mikva ayinini həyata keçirməlidirlər, yəni təmizə çıxmaları üçün qüsl tökməlidirlər.

Freundel kameranı qadınların soyunub-geyindiyi yerdə saat radionun içinə quraşdırıb.

Sonuncu məhkəmə günündə ittihamçılar hadisə ilə bağlı yeni detalları açıqlayıblar. Onlar bildiriblər ki, ravvin təkcə saat radioya yox, həm də kağız dəsmal (salfet) qutusuna və stolüstü ventilyatora kiçik ölçülü video-kamera quraşdırıb.

«GÜNAHKARAM, CƏNAB HAKİM»

Ravvin özü dinləmələr zamanı az danışıb. Prokuror ittihamları irəli sürəndən sonra hakim soruşub ki, o özünə necə bəraət qazana bilər?

Vəkilinin yanında dayanan Freundel deyib: «Günahkaram, cənab hakim».

Olay Vaşinqtondakı və ölkə kənarındakı yəhudi icmasını sarsıdıb.

Hadisədən sonra ravvin öz mövqelərini, o cümlədən, Corctaun və Tauson universitetlərində müəllimlik vəzifəsini itirib. Uzun illər yüksəldiyi cəmiyyətində arzuolunmaz şəxsə çevrilib.

Kaşer İsrail İdarə Heyəti yaydığı bəyanatda bildirir ki, baş verənləri qavramaq üçün «dəhşətli cinayətin müddəti və ölçüsü» ağlasığmazdır. Onlar bildiriblər ki, arzu edənlərə həkim yardımı göstərilə bilər.

Bu olaydan sonra bir çox gender bərabərliyi tərəfdarı yəhudilikdə qüsl etməklə bağlı ayində islahatlar aparılması üçün din alimlərinə müraciət ediblər.

XS
SM
MD
LG