Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:33

Yandırılan itləri çəkən qadının dedikləri


Arxiv fotosu
Arxiv fotosu

.

“BURDA HƏR GÜN İTLƏRİ ÖLDÜRÜRLƏR”
“Keçən ilin avqustunda silahlı adamlar mənim itimi həyətimdən vurub apardılar. İtimi vuranda təhlükəsizlik kamerasına düşmüşdülər. Bu adamları axtarmağa başladım. Çox axtardım - "Kənd sovetinə", İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinə getdim. İtlərin öldürülməyinə görə, heç kim məsuliyyəti öz üzərinə götürmürdü.”

İti öldürülən Yelena Simakina AzadlıqRadiosuna danışır. Deyir ki, uzun axtarışlardan sonra öldürülən itlərin məhv edildiyi ərazini tapa bilib.

Gördüyü mənzərə isə onu dəhşətə gətirib. Soba yanır, ətrafında it çəsədələri... Görüntüləri qeydə alan Yelena Simakina onu sosial şəbəkələrdə paylaşır:

“Demək olar ki, burada hər gün sahibsiz itləri öldürülür. Təxminən bir həftə əvvəl çəkmişəm. Canlıları uşaqların qadınların yanında öldürmək təhlükəlidir. Buna görə də onlar itləri bura gətirir. Böyük itləri güllə ilə vurular. Küçükləri isə bel ilə öldürülər ki, onlara güllə sərf etməsinlər”.

Gözlə

No media source currently available

0:00 0:03:46 0:00
Direct-ə keçid

Videonu burada izlə:

Yelena Simakina deyir ki, öldürməklə problemi həll etmək mümkün deyil. Sahibsiz itlərin qorunması, axtalanması ilə bağlı dövlət səviyyəsində tədbirlər görülməlidir.

İnzibati Xətalar Məxcəlləsində heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə 25 manatdan 500 manata qədər cərimələr nəzərdə tutulur.

POZULAN KONVENSİYA
Görüntüləri izləyən «Canlı Aləmin Mühafizəsi Alyansı» İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə bunu cinayət adlandırıb. O bildirib ki, heyvan hüquqları uşaq hüquqarından sonra ikinci yerdədir. Azərbaycan 2007-ci ildə “Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyası”na qoşulub. Birlik sədri deyir ki, Azərbaycan qoşulduğu konvensiyanın şərtlərini icra edəcək qurum yoxdur:

“Konvensiyanın tələblərini yerinə yetirən heç bir infrastruktur. Ciddi orqan müəyyən edilməyib. Bu sahədə dövlət qanunu işlənib, lakin hələlik deputatlar qanunu qəbul etməkdə bir qərar verə bilmirlər.”

Mənsurə Rəsulzadə deyir ki, sahibsiz heyvanlarla mübarizə aparılmamalıdır, insanlar onların saglamlığını öz nəzarətinə almalıdır. Birlik sədri deyir ki, itlər quduzluq mənbəyi ola bilməz, quduzluq vəhşi təbiətdən gəlir:

“Quduzluq aşkarlanıbsa deməli baytarlıq xidməti işləmir. Dövlət hər il vaksinləşmə üçün pul ayır, amma işləmir. Sahibsiz heyvanların vaksinləşdirilməsinə pul ayırılır. Bu xidmətin pulsuz göstərilməsi nəzərdə tutulur. Quduzluq varsa deməli hava ilə yayılmaq üzrədir və ölkə karantindədir. Heç bir beynəlxalq tədbir burada keçirilə bilməz”.

MÜBARİZƏNİN QARŞILIĞINDA ARTAN SAY
Mənsurə Rəsulzadə bildir ki, quduzluq məsələsi bəhanə kimi ortaya atılır. Birlik sədri qeyd edir ki, maliyyə məsələlərinə görə öldürülən itlərin rəqəmləri şişirdilir:

“Biz statistikanı almışdıq. 2009-ci ildə Bakıda 56 min, 2010-cu ildə isə 79 min sahibsiz it öldürülüb. Belə çıxır ki, sahibsiz itlər daha da artır. Belə görünür ki, mübarizə effekt vermir, pullar boş boşuna gedir. Hər itin öldürülməsinin ayrıca xərci var.”

Dövlət Baytarlıq Xidmətinin sözcüsü Yolçu Xanvəli sahibsiz heyvanların öldürülməsini pisləyib, bunun (hansı) konvensiya şərtlərinə zidd olduğunu qeyd edib. O, bildirir ki, heyvanların quduzluğu Respublika Bayrarlıq labaratoriyasında müəyyən edilir.

“Hansısa qurum sahibsiz heyvanlara nəzarət edirsə biz onların sağlamlığına nəzarət edə bilərik. Azərbaycanda sahibsiz heyvanların peyvəndi heç vaxt aparılmayıb. Indi də bu, gündəmdə deyil. Bu gün də aparılmır. Bunun üçün vəsait ayırılmalı, peyvəndlər gətirilməlidir. Külli miqdarda vəsait tələb olunur Quduzluğa görə sahibli və qeydiyyatda olan itlərin vaksinasiyası aparılır. Ötən il 250 minə yaxın heyvanı peyvənd etmişik.”

«Canlı Aləmin Mühafizəsi Alyansı» İctimai Birliyinin sədri Mənsurə Rəssulzadə qeyd edir ki, sahibsiz heyvanların öldürülməsi hər zaman olsa da beynəlxalq tədbirlər zamanı bu proses daha da aktivləşir. Məsələn 2012-ci ildə Eurovision mahnı yarışması zamanı da səhərə yaxın itlərin güllələnməsi məsələsi gündəmə gəlmişdi.

DÖVLƏT RƏSMİSİ: BU TƏXRİBATDIR
Prezidentin köməkçisi Əli Həsənov medianın bu məsələni işıqlandırılmasını qara piar adlandırır və AzadliqRadiosunun yaydığı görüntülərin ümumiyyətlə Azərbaycanda çəkildiyini şübhə altına alır.

“Hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar. Biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də rastlaşmışıq.

Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər ki gec deyil, həmin qüvvələri öz məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik" -deyə prezidentin köməkçisi bildirib.

Reportajı burada dinlə:

Gözlə

No media source currently available

0:00 0:04:07 0:00
Direct-ə keçid

XS
SM
MD
LG