Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:46

Deputatlar Obamanı erməni qırğınını soyqırım kimi tanımağa çağırıb


Robert Dold
Robert Dold

ABŞ Nümayəndələr Palatasının üzvləri martın 18-də prezident Barack Obamanı ermənilərin Osmanlı imperiyası dövründə soyqırımına məruz qalmasını tanımağa çağıran qətnamə təqdim ediblər.

40 respublikaçı və demokrat deputat prezident Obamanı Türkiyənin bu faktı tanıması əsasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və bu cinayətin beynəlxalq səviyyədə həllinə kömək etməyə çağırırlar.

Ermənistan həmin illərdə milyonyarım erməninin soyqırımına məruz qaldığını, Türkiyə isə bu rəqəmin şişirdildiyini və onların həmin vaxt baş verən vətəndaş müharibəsində öldüklərini deyir.

Obama həmişə həmin hadisələrə münasibət bildirəndə, soyqırım yox, faciə kəlməsi işlədib.

Qeyd edək ki, Fransa da daxil olmaqla bir sıra ölkələrin parlamentləri bu qırğını soyqırım kimi tanıyan qərar qəbul edib.

XS
SM
MD
LG