Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:42

Azərbaycanda hər kəsin 540 manat xarici borcu var...


Arxiv fotosu
Arxiv fotosu

2015-ci ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 81 milyon manatdır. Ötən bir ildə dövlət borcu 7 faiz artıb.

Bu o deməkdir ki, əhalinin düşən borcu 540 manatdır.

İqtisadçı Zöhrab İsmayıl düşünür ki, gələcəkdə Azərbaycan borcları artmaqda davam edəcək. Çünki hökumət borc almaqda davam edir və bir müddətdən sonra xarici borc məsələsi problemə çevrilə bilər.

BORCUN ÇOXU DOLLARLA GÖTÜRÜLÜB…
Maliyyə Nazirliyinin məlumatına görə, borcun yarıdan çoxu – təxminən 60%-i 10 ildən 20 ilə qədər müddətə götürülüb. 32,5%-i 20 ildən çox, 7,3%-i 10 ilə qədər olan kreditlərdir.

Yanvarın 1-ə olan məlumata görə, ümumi borcun hardasa 65%-i – 4 milyard 197 milyon 874 mini dollarla götürülüb. Borcun qalan 35%-lik hissəsi aşağıdakı valyutlarladır:

21,4%: avro
2.1%: yapon yeni
0.7%: islam dinarı (İslam İnkişaf Bankının valyutası)
0.5%: BƏƏ dirhəmi
0.4%: Səudiyyə rialı
0.2 - Küveyt dinarı.

“HÖKUMƏT LAZIM OLDU-OLMADI BORCLANIR”
Zöhrab İsmayıl yada salır ki, təxminən 5 milyard manatdan çox olan borc alınmış məbləğdir. Hələ vəsaitin köçürmədiyi borc sazişləri daha çoxdur – hardasa 11 milyard dollara yaxın. Bu da Azərbaycanda hər kəsin təxminən 1170 dollar xarici borcunun olması deməkdir.

Zöhrab İsmayıl, özəlliklə, neft gəlirlərinin azalması, neftin ucuzlaşmasından sonra hökumətin daha da borclanacağını ehtimal edir:

“Önümüzdəki illərdə borc daha da artacaq. Azərbaycan hökuməti dünyada bizim tanıdığımız və tanımadığımız nə qədər kredit verən maliyyə institutları varsa, hamısından kredit alır. Yaponiyanın İnkişaf Agentliyindən tutmuş Koreya Bankı, Abu-Dabi, Küveyt Fondu və müxtəlif ölkələrin ixrac bankarı və digərlərinə borcludur. Borclanma tendensiyası isə getdikcə artamaqdadır”.

Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycan, əsasən, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından kredit götürüb. Bu vəsaitlərin ölkədə iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və digər sahələrə yönəldilib.

BU BORCLAR HARA VƏ NƏYƏ XƏRCLƏNİB?
AzadlıqRadiosu 2013-cü ildə Azərbaycan hökumətinin xarici borclar hesabına gördüyü işlərlə bağlı araşdırma etmişdi. Həmin araşdırmada məlum olmuşdu ki, bəzi layihələr hədəflənən nəticəni verməyib.

Həmin araşdırmadan bir nümunə - Ağdaşın su problemini çözməkdən ötrü rayonun su və kanalizasiya xəttinin yenilənməsinə Asiya İnkişaf Bankı 2005-2009-cu illərdə bütövlükdə 65 milyon dollar vəsait ayırıb. Yollar qazılıb, yeni xətt çəkilib amma işlər hələ yekunlaşmayıb. Sakinlərsə hələ də onlara verilən vədin doğrulacağı – evlərinə su gələcəyi günü gözləyir.

Digər bir nümunə - xarici kreditlə ikizolaqlı Hacıqabul-Kürdəmir yolu çəkilib. Amma işlər yekunlaşandan sonra bu yol dağıdılıb. Və yola yenidən kredit ayrılıb – bu dəfə dördzolaqlı yolun salınmasına.

Zöhrab İsmayıl Azərbaycan hökumətinin xarici borcları ilə bağlı araşdırma aparıb. Deyir ki, belə nümunələri xeyli artırmaq olar:

“Əsas sual odur ki, hökuməy bu kreditləri niyə götürür? Ümumiyyətlə, bu kreditlərin götürülməsinə ehtiyac varmı? Ölkəyə neftdən 100 milyardlarla dollar gəlir gəldi. Bu vəsaitin böyük hissəsi infrastruktur, tikinti layihələri adı altında dövlət büdcəsindən silindi. İndi nə ehtiyac var bu kreditlərə? Niyə hökumət bu qədər borca girir? Bu qədər vəsait xərclənibsə, əlavə bu qədər borc niyə yenidən alınır?”.

PREZİDENT SƏUDİYYƏ ƏRƏBİSTANINA BORC ÜÇÜN GEDİB?
Azərbaycan hökuməti ölkənin xarici borcunun o qədər də çox olmadığını bildirir. Xarici borc ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 8,6 faizini təşkil edir. Bu da o qədər böyük göstərici deyil. Maliyyə Nazirliyi xarici borclarla bağlı məlumatında yazır ki, Azərbaycan bu sahədə hətta inkişaf etmiş ölkələri belə qabaqlayıb. Beləki, Türkiyədə 36 faiz, Rusiyada 14 faiz, Gürcüstanda 32 faiz, Macarıstanda 80 faiz, Çexiyada 40 faiz olduğu halda Azərbaycanın xarici borcu ÜDM-nin 10 faizinə belə çatmayıb.

Aprelin 6-da prezident İlham Əliyev Səudiyyə Ərəbsitanına səfər edib. Zöhrab İsmayıl bu səfər zamanı daha bir borc sazişi imzalanacağını ethimal edir.

XS
SM
MD
LG