Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:25

Bu gün axşam şeir 20-liyi elan ediləcək!


"Ədəbi-Azadlıq" müsabiqəsinin büllur prizləri
"Ədəbi-Azadlıq" müsabiqəsinin büllur prizləri

-

Mayın 18-də "Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyi elan olunacaq.

Şeir nominasiyasında 125 şair yarışır.

Onlardan ikisinin 1 şeiri qaydalarımıza zidd olaraq İnternetdə çap edildiyi üçün həmin şeirlər müsabiqədən kənarlaşdırılıb. Müəllifləri isə müsabiqədə 1 şeirlə iştiraka davam edir.

Şeir 20-liyindən 2 həftə sonra hekayə 20-liyi də elan olunacaq.

Hər kəsə uğurlar!

***

Mayın 4-də "Ədəbi Azadlıq-2015" müsabiqəsinə əsər qəbulu başa çatıb.

Bu il müsabiqəyə ötən ilkindən daha çox - 250-cən yazar qatılıb.

Yaxın günlərdə əsərlər toplanaraq münsiflərə göndəriləcək.

Təxminən 10 günə şeir nominasiyasında 20-lik elan ediləcək.

Daha sonra isə hekayə 20-liyi açıqlanacaq.

Hər kəsə uğurlar!

QAYDALAR

“Ədəbi Azadlıq-2015” müsabiqəsinə hər kəs qatıla bilər.

Amma müsabiqəyə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul edilir (sosial şəbəkələr və şəxsi bloqlar istisna olmaqla).

Hekayə və şeirlər üçün heç bir mövzu məhdudiyyəti yoxdur.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Şeir müsabiqəsinin maksimum 2 şeir göndərmək olar.

Əkrəm Əylisli ilk "Ədəbi Azadlıq" müsabiqəsində qalib olan Eyvaz Zeynalova mükafatı təqdim edir, 2010
Əkrəm Əylisli ilk "Ədəbi Azadlıq" müsabiqəsində qalib olan Eyvaz Zeynalova mükafatı təqdim edir, 2010

Hekayə müsabiqəsinə isə yalnız 1 hekayə yollamaq olar (həcmi 12 min kompüter işarəsini keçməməlidir).

Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.

Həm hekayə, həm də şeir nominasiyasında bütün mükafat sahiblərinə (1 dənə 1-ci, 1 dənə 2-ci və 2 dənə 3-cü mükafat) notebook hədiyyə ediləcək.

Müsabiqə 4 mərhələdə keçiriləcək. Şeir və hekayələr münsiflərə imzasız təqdim ediləcək.

"Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibi Rüqəyyə Kəbiri
"Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibi Rüqəyyə Kəbiri

İlk mərhələdə münsiflərin hər biri şeir və hekayələrin içindən ən yaxşı hesab etdiyi 20 əsəri seçib 1-dən 20-cən balla qiymətləndirəcək.

Münsiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin şeir və hekayə 20-likləri müəyyən ediləcək.

İkinci mərhələdə artıq imzası bilinən əsərlər arasından 10-luq müəyyən ediləcək, üçüncü mərhələdə isə 10-luq “Oxu zalı”nda on-line səsverməyə çıxarılacaq.

Bu dəfə - oxucular öz seçimini edəcək.

Və dördüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.

Beləliklə, müsabiqənin bütün mərhələlərində verilən balların cəmi ilə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, münsiflərin hər biri müsabiqəyə təqdim olunan əsərlərin hamısını oxuyacaq.

Bu isə həm müsabiqəyə mümkün kənar təsirlərin minimuma endirilməsinə, həm də yekun seçimin daha obyektiv olmasına xidmət edəcək.

Əvvəlki illərdə münsiflərimiz Azərbaycandan olurdusa, bu dəfə münsiflər heyəti beynəlxalq olacaq.

Münsiflərimiz haqda bundan artıq məlumat verilməyəcək və onların adları əvvəlki illərdə olduğu kimi müsabiqənin sonunda açıqlanacaq.

("Ədəbi Azadlıq" müsabiqəsi yaranandan bəri fotolarda)

XS
SM
MD
LG