Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Banqladeşdə islamçıların lideri edam edildi


Mohammad Kamaruzzaman (ağ köynəkdə) Dəkkə məhkəməsini tərk edərkən.
Mohammad Kamaruzzaman (ağ köynəkdə) Dəkkə məhkəməsini tərk edərkən.

Xəbər verilir ki, Kamaruzzaman bağışlanmaq üçün prezidentə müraciət etmək hüququndan könüllü imtina edib.

Banqladeşdə ən böyük islamçı partiyalardan biri olan “Camaati İslami”nin liderlərindən Mohammad Kamaruzzaman edam edilib.

Hərbi cinayətlər tribunalı onu 2013-cü ilin may ayında ölüm hökmünə məhkum etmişdi.

Kamaruzzamanı şənbə günü paytaxt Dəkkədə asıblar.

İslamçıya qarşı Banqladeşin Pakistandan ayrılmaq üçün 1971-ci ildə etdiyi müharibədə soyqırım və işgəncələrə əl atması ilə əlaqədar itthamlar irəli sürülmüşdü.

Aprelin 6-da Banqladeşin Ali Məhkəməsi onun appelyasiya ərizsəni rədd edib.

Baş prokuror deyib ki, “Kamaruzzaman-ın edam edilməməsi üçün heç bir əsas yoxdur”.

Xəbər verilir ki, Kamaruzzaman bağışlanmaq üçün prezidentə müraciət etmək hüququndan könüllü imtina edib.

“Camaati İslami”nin daha bir lideri Abdul Qader Mulla ilyarım bundan əvvəl edam olunub.

Banqladeşin müstəqillik uğrunda müharibəsi 1971-ci ilin martından dekabrınadək davam edib.

Banqladeş 1948-ci ildə britaniyalılar Hindistanı ikiyə bölərkən Pakistana düşmüşdü və Şərqi Pakistan adlanırdı.

Müstəqillik müharibəsi Hindistan ordusunun müdaxiləsi və 90 min Pakistan əsgərinin əsir düşməsi ilə başa çatmışdı.

Rəsmi məlumatlara görə bu müharibədə 3 milyon insan həlak olub, lakin tarixçilər bu rəqəmin yarım milyon olduğunu iddia edirlər.

XS
SM
MD
LG