Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:47

Ümidini Allaha və xeyirxah bəndələrə bağlayan 13 yaşlı Ümid...


Arxiv fotosu
Arxiv fotosu

-

Yeniyetməlik dövrünə qədəm qoymaqda olan 13 yaşlı Ümid Mirteyyubovun başı xəstəliyinə qarışıb. O, leykoz xəstəsidir. Bir neçə aydır ki, ailə üzvləri onu müalicə etdirmək üçün Moskvaya aparıblar və hazırda oradakı xəstəxanalardan birində müalicə olunur. Ancaq onun müalicəsi ailəsinin imkanları xaricindədir.

Anası Səmayə Mirteyyubova AzadlıqRadiosunun "Qaynar xətt"inə onun xəstəliyindən və müalicəsinin xərclərinə görə ailənin düşdüyü çətin vəziyyətdən danışır:

«FONDLARA MÜRACİƏT ETSƏK DƏ»

"Çox şükürlər ki, iki müalicənin iki mərhələsini yaxşı keçdi, iliyinin dəyişdirilməsinə ehtiyac olmadı. Ancaq müalicə üçün 18 ay orda qalmalıdır. Bu isə böyük xərc tələb edir. Prezident Administrasiyasındakı yardım fonduna, bir də Heydər Əliyev Fonduna müraciət etmişdik. Heydər Əliyev Fondundan cavab aldıq ki, uşağın müalicəsi ölkə xaricində olduğundan yardım edə bilməzlər".

18 AYLIQ MÜALİCƏ XƏRCLƏRİNİN DƏRDİ

Ana deyir ki, hazırda Ümid müalicənin üçüncü mərhələsindədir. 18 aylıq müalicə üçün 40 min dollar tələb olunur. Ancaq müalicə zamanı kimyəvi təsirdən xəstənin başqa orqanlarında da problemlər çıxır ki, bunların müalicəsi ayrıca xərc tələb edir. Bundan başqa, ailə xəstəxana yaxınlığında mənzil kirayələyib ki, Ümidi hər gün xəstəxanaya müalicəyə aparıb-gətirmək asan olsun. Bu da bir başqa xərc tələb edir.

SƏHİYYƏ NAZİRLİYİ MƏSƏLƏYƏ QOL QOYMUR

Səhiyyə Nazirliyindən bildiriblər ki, leykoz irsi qan xəstəlikləri siyahısına daxildir. Dövlət Proqramına uyğun olaraq belə xəstələrə dövlət tərəfindən pulsuz dərmanlar verilir. Ancaq nazirlik xəstənin tam müalicəsi üçün pul ödəmir. Bir sözlə, Səhiyyə Nazirliyi Ümidin müalicəsi üçün heç nə edə bilməz.

Ana deyir ki, övladının müalicəsinə başlanandan qohum-əqrəba yığışıb indiyədək olan xəstəxana və müalicə xərclərini birtəhər yola veriblər. Ancaq bundan sonrası göydə Allahın, yerdə xeyirxah insanların ümidinə qalıb. 13 yaşlı Ümidin indi bu köməyə çox ehtiyacı var.

XS
SM
MD
LG