Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:40

Suraxanıda ölülərin adına işıqpulu, qazpulu gəlir


Arxiv fotosu
Arxiv fotosu

-

"Yoldaşım ölüb, işıqpulu, vergipulu hələ də ölünün adına gəlir. Mən bunu danışmalı deyiləm, bu evin sənədi avtomatik mənim adıma keçməlidir. Düzəltmirlər sənədləri, məni get-gələ salıblar. Xəstə adamam, gedib-gələ bilmirəm. Çox gediş-gəlişdən sonra dedilər ki, get hara şikayət edirsən et. Onsuz da şikayətə baxan yoxdur".

Suraxanı sakini, 58 yaşlı Məryəm Rəcəbli AzadlıqRadiosunun "Qaynar xətt"inə yaşadığı mənzilə öz adına yeni çıxarış sənədi ala bilməməsindən şikayət edib. Deyir, mülk həyat yoldaşı Əvəz Rəcəblinin adına olub. Onun vəfatından sonra aylarla rayon icra hakimiyyətinə get-gəl etsə də, mülkü öz adına keçirə bilmir:

"DEYİRLƏR GET, HARA ŞİKAYƏT EDİRSƏN ET"

"İndi bilmirəm kimə deyim, kimə şikayətlənim. İcra Hakimiyyətinə yanına getdiyim adamlar mənim dərs dediyim şagirdlərimdir, işimə laqeyd yanaşırlar. İcra başçısının qəbuluna getmişdim, çox gözləyəndən sonra qapıda dayanan polis qoymadı məni içəri keçməyə, dedi olmaz, get, sonra gələrsən. Mən başa düşmürəm, bu adamlar orda niyə oturublar, nə işləyirlər ki, ayda da filan qədər maaş alırlar".

Hüquqşünas Namizəd Səfərov deyir, Məryəm Rəcəbli vərəsəliyini vaxtında tanıdıbsa, kommunal məsələlərin onun adına keçirilməsində heç bir problem olmamalıdır.

"Şəxsin vəfatından sonra 3 ay ərzində vərəsə öz vərəsəliyini notariat qaydasında tanıtmalıdır və vərəsəlik şəhadətnaməsi əldə etməlidir. Əgər bu proses gecikibsə, o zaman artıq məhkəməyə müraciət olunmalıdır. Məryəm Rəcəbli vərəsəliyini vaxtında tanıdıbsa, müvafiq qurumlar ona problem yarada bilməzlər. Əgər bu problem varsa, vətəndaş məhkəmədə iddia qaldırıb bu məsələnin çözülməsini qarşı tərəfin üzərinə öhdəlik kimi qoyulmasını tələb edə bilər".

"GƏLSİN, KÖMƏK EDƏK"

Suraxanı rayon İcra Hakimiyyətindən bildirdilər ki, Məryəm Rəcəblinin problemini həll etməyə hazırdılar:

«Mülkiyyət kişidən sonra arvadına, arvaddan da vərəsə kimi övladına keçməlidir. Yəqin hansısa sənədi düz deyil, ona görə də qıcıqlandırıcı söhbətlər edir.

- Evinin qarşısında dükan var, həmin dükan hazırda yaşayış sahəsinə daxildir, dükanın sahəsi sənəddə qeyri-yaşayış sahəsi kimi göstərilməlidir. Buna görə də evinə yeni çıxarış ala bilmir.

- Çox sadə bir məsələdir. Gəlsin, kömək edək.

XS
SM
MD
LG