Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:50

Seçilmək üçün nə etməliyəm?


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə

-

"Bəlkə ciddi və kədərli qızlardan daha çox “like” almaq tələb olunur?"

Rüfət Əhmədzadə

SEÇİLMƏK ÜÇÜN NƏ ETMƏLİYƏM?

Mənə çox maraqlıdır: şəxsən məndən – 8 il mətbuatda, 5 il də ədəbiyyatda olan gənc yazar Rüfət Əhmədzadədən (və ya Rüfət Səiddən) prezident təqaüdçüsü “təyin edilmək” üçün nə tələb olunur?

Xüsusi istedad... Bağışlayın, yüksək iddialarda deyiləm.

Fərqli üslüb... Hələ fərqli əsərimi yazmamışam.

Bağışlayın da, siz Allah...

Bəlkə, daha çox enerji? Bəlkə, bitib-tükənməyən həvəs? Dağı-daşı aşırmaq bacarığı... Bəlkə ciddi və kədərli qızlardan daha çox “like” almaq tələb olunur?

Yazımı çox “istedadsız” başladım. Ədəbi mühitimizin problemlərini inhisara almağı istəməzdim. Onsuz da, uğurların Anar inhisarında olduğunu görən dostumuz Seymur Baycan problemləri çoxdan özəlləşdirib. Bizə heç nə qalmayıb...

Mən sadəcə yaşı 30-a çatmaqda olan və yavaş-yavaş gənclər kateqoriyasını tərk edən bir yazar kimi geriyə boylanıram... Nərədə yanlış yaptık ki?

Siz Allah, bağışlayın, gedib AYB-yə üzv olmadım, AYO-nu seçdim.

AYB-nin mətbu orqanlarında 1-2 dəfə nəşr olundum (səbəbkarlara təşəkkürüm sonsuzdur), amma AYB-ni davamlı şəkildə tərifləmədim.

Rəşad Məcidin qonaqlıq verdiyi, sonra da bunu tez-tez mətbuatda başına vurduğu gənclərdən olmadım... Siz Azərbaycanın çiçəkli inkişafı, üzrlü sayın...

Bilmirəm bu təqaüd vermək proseduru necə olur. Kim seçir, necə seçir, niyə seçilir...

Bəlkə qəlbində ən çox dövlətçilik olanlara üstünlük verilir? Vallah, billah, dövlətçilikdən bir sandıq yazım var. Mən dövlətçilikdən yazı yazanda, sizin təqaüdçülərin bəziləri “vorovskoy” statuslar yazırdı. Qalanları isə heç nə yazmırdı. Ordan-burdan misra “montaj” edirdi.

Hə... Azərbaycandır da, adət belədir: mükafat və təqaüd paylayanda 1-2 istedadlı və xətrini istədiyimiz adamın adını salırlar, qalan yerlər isə “xaltura”nın qurbanı olur. Biz də 1-2 istedadlı dostumuza görə abır-həya edirik, çox dinib-danışmırıq... Aman, bu qədər də olmaz!

Adı siyahıya salınan gənclərə qarşı qərəzim yoxdur, sadəcə bu seçimlər mənə sirli qalıb. Məndən də istedadlı gənclər var, onlar ümumiyyətlə mətbuata yaxın düşə bilmir. Tapın, üzə çıxarın, şərait yaradın!...

Onu demirəm ey... Deyirəm ki... Mən sevdim, sən sevmədin. Halbuki, o payız günü gözəl hava var idi, xoş külək sənin yubkana toxunanda mənim dünyam başıma uçurdu... Yox, bu başqa mövzudur!

Ötən il "Ədəbi azadlıq"da qalib olan şeirimdə "Sovetski" söhbətlərindən danışanda oldum “erməni dəyirmanına su tökən”, amma sağolsun yeni təqaüdçülərimiz – “ədəbi ağaclarımızı sulamağa” yarayacaqlar.

Əla! Bravo! Çağır gəlsin dən Koroğlu. Rast ki, AYB bizi özünə və Azərbaycan ədəbiyyatına “düşmən” hesab edir, gərək baltamızı tez-tez itiləyək...

Məgər, bizim ehtiyacımız yoxdur? Məgər bizim haqqımız yoxdur? Müsabiqə keçirin, rəy sorğusu aparın... Sizin siyahınızın beşdə biri belə insanların (mən sırf peşəkar oxucuları nəzərdə tuturam) fikri ilə uyğun gəlsə, mənə nə desəniz haqqınız çatar. Xalqın gözü tərəzidir... Amma gözünə kül üfürənlərin, tərəzisinə çubuq soxanların payını vermir.

Belədir ki, yenə də maraqlıdır. İltifata və dövlət qayğısına layiq olmaq üçün, hansı hoqqalardan çıxmaq lazımdır? Xahiş edirəm, hədsiz dərəcədə... Uğur formulunu bizə də açın!

Görək, bizim aramızdan seçilən o “qaymaq”lar necə dühaya sahibdir!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG