Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:31

Hüseyn Arabul: «Mən birdəfəlik getmirəm»


«Barmek Azərbaycan» şirkətinin prezidenti Hüseyn Arabul, 4 iyul 2006
«Barmek Azərbaycan» şirkətinin prezidenti Hüseyn Arabul, 4 iyul 2006

«Barmek Azərbaycan » şirkətinin prezidenti Hüseyn Arabul Bakıda elektrik paylayıcı şəbəkələrin kompyuter təminatı proqramlarının yaradılmasıyla məşğul olacağını deyir. Cənab Arabulun sözlərinə görə, yeni şirkəti əsasən Türkiyədən sifarişlər alacaq. «Burada bizim bilgilərimizlə çalışacaq bir şirkət olacaq. Kompyuter sistemi ilə proqramlar hazırlayan bir şirkət. Biz Türkiyədən bu şirkətə sifarişlər verəcəyik. Burada proqramlar hazırlanacaq. Həmin proqramları Türkiyədəki paylama işlərində istifadə edəcəyik» - deyə Hüseyn Arabul bildirir. O, əlavə edir ki, bunlar mürəkkəb və indiyədək Azərbaycanda hazırlanmayan proqramlardır. «Bakı Elektrik Şəbəkəsində və Sumqayıtda istifadə etdiyimiz kompyuter baza sistemi çox gözəldir. Əgər istəsələr onlara da xidmət edə biləcəyik. Bu problem deyil. Yəni dediyim odur ki, mən birdəfəlik getmirəm».


Noyabrın 7 də «Barmek» şirkəti Azərbaycanda öz fəaliyyətini rəsmən dayandırır.


XS
SM
MD
LG