Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:46

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

12:58 22.5.2015

"İdman tədbirləri avtoritar rejimlərin oyuncağına çevrilib"

“Foreign Policy” dərgisi Pen Amerika Mərkəzinin icraçı direktoru Suzanne Nossel-in “Daha sürətli, daha yüksək, daha oppressiv” başlıqlı məqaləsini dərc edib. Nossel vaxtilə ABŞ Dövlət katibinin beynəlxalq təşkilatlar üzrə müavininin köməkçisi işləyib. Müəllif Olimpiya oyunları kimi meqa idman tədbirlərinin avtoritar rejimlərin oyuncağına çevrilməsindən yazır. “İnsan haqları pozuntularına işıq salmaq üçün çoxmu gecdir?” deyə sual edir.

“Bu ilin aprelində Bəhreyndə Formula 1 yarışı bitən kimi təşkilatçılar elan etdilər ki, 2016-cı ildə yarışma Bakıda keçiriləcək. Təsadüfi deyil ki, 2016-cı il Yay Olimpiya Oyunlarına bir növ yaz təlimi olan birinci Avropa Oyunları da Bakıda olacaq. 2022-ci il Qış Olimpiadasına ev sahibliyinə iddialılar içində Almaty və Pekin var. 2018-ci il Dünya Futbol çempionatı Rusiyada keçiriləcək, 2022-ci ildə isə Qatarda”.

Müəllif yazır ki, beynəlxalq idman yarışlarının repressiv rejimlərdə keçirilməsi tendensiyasını görməmək mümkün deyil. Bu tendensiya davam edərsə, siyasətdən uca durmağa çalışan meqa idman tədbirləri siyasi topa çevrilə bilər – Beynəlxalq Olimpiya Komitəsi (BOK) və uyğun hökumət qurumları bu topu bir avtoritar rejimdən digərinə ötürürlər. BOK, sponsorlar, hökumətlər həmin yarışların tiranların yürüşünə çevrilməsinə əngəl olmalıdırlar.

Müəllif Azərbaycanda oyunlar öncəsi onlarla fəalın, jurnalistin siyasi motivli ittihamlarla həbsə atılmasından yazır. Hakimiyyət onların azad olunmasına dair beynəlxalq çağırışları qulaqardına vurub.

“BOK-un etika, mədəniyyət və marketinq məsələləri üzrə komissiyaları var. Qurum insan haqları üzrə yeni komissiya yaratmalıdır, yeni, daha sərt tələblər hazırlamalıdır,” müəllif yazır.AzadlıqLive-da

00:46 22.5.2015

Yüzlərlə bakılı yanan binanın önünə güllər, uşaq oyuncaqları gətirib

Mayın 21-də yüzlərlə bakılı “Azadlıq” prospektində yanan binanın yanına gələrək faciə zamanı həlak olanların xatirəsinə qərənfillər, uşaq oyuncaqları qoyurlar. Əvvəlcə polis bu kortəbii aksiyaya mane olmaq istəyib. Lakin vətəndaşların etirazları ilə qarşılaşan polislər müdaxilə etməyərək kənardan baxıblar.

00:40 22.5.2015

Hər ailəyə 20 min manat

Mayın 19-da yanan 16 mərtəbəli binada yaşayan 56 ailənin hər birinə 20 min manat birdəfəlik maddi yardım göstəriləcək. Bundan əlavə, həlak olan 15 sakinin hər birinin ailəsinə 15 min manat yardım veriləcək. Müvafiq sərəncamı yanğının nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının rəhbəri, baş nazirin müavini Abid Şərifov imzalayıb.

Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb.

Bu tədbirlərin həyata keçirilməsi üçün 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılıb.

21:43 21.5.2015
Gözlə

No media source currently available

0:00 3:00:00 0:00

Davamı

XS
SM
MD
LG