Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:36

İş adamı Hacı İbrahim İbrahimov sərbəst buraxılıb


Hacı İbrahim İbrahimov
Hacı İbrahim İbrahimov

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim İbrahimov mayın 27-də sərbəst buraxılıb.

Bu barədə APA agentliyinə onun özü məlumat verib.

“Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm”, -deyə o vurğulayıb.

O həmçinin ölkədən qaçarkən saxlanılması, habelə “Avesta” konserninin ləğv olunması və ya satılması ilə bağlı yayılan məlumatların doğru olmadığını bildirib.

Son günlər Azərbaycanda kredit borcuna görə, bir neçə iş adamı saxlanıb, araşdırma gedir.

XS
SM
MD
LG