Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:45

«Azərbaycan, liderinin dediyi kimi, azad deyil»


İlham Əliyev
İlham Əliyev

-

«Azərbaycan hökumətinin azad sözə xaç yürüşü sön vaxtlar dünya mediasının manşetlərində yer alıb. Jurnalistləri Müdafiə Komitəsi bu ölkəni dünyada senzuranın mövcudluğuna görə beşinci ölkə sayıb». Bunu «The Register-Guard» saytında Oreqon Jurnalistika və Kommunikasiya Məktəbinin əməkdaşı Jonathan Bach yazır. Bach bu ay Azərbaycana səfər edib.

«Paytaxt Bakıda isə sürprizlə üzləşdim: Prezident İlham Əliyev Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışını etdi. Bu qlobal konfrans mədəniyyətlər arasında münasibətlərin yaxşılaşdırılmasına həsr olunub… Aparıcı müxalifət jurnalistləri həbsxanalarda yatan bir vaxtda prezident Əliyev iddia edirdi ki, «bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunub: siyasi azadlıq, media azadlığı, azad internet və din azadlığı».

Bu çıxışdan sonra senator, Arizonadan olan respublikaçı Don Shooter mənə dedi ki, prezidentin «ürəkdən danışması»nı dəyərləndirir, bu xüsusiyyət nadir siyasətçilərdə olur».

Müəllif yazır ki, Azərbaycanın bu sammitə ev sahibliyi etməsi yaxşı jestdir, ancaq forumun dəyərinə baxmayaraq, Əliyev Azərbaycanda siyasi və mətbuat azadlığı barədə bizə yalan danışıb:

«Əliyev dialoqun qeydinə qalsaydı, indi Azərbaycanda həbsdə olan çoxsaylı jurnalistləri azad edərdi. Onlardan biri də «PEN/Barbara Goldsmith» Yazmaq Azadlığı mükafatının qalibi Xədicə İsmayıldır. Hökumət bu araşdırmaçı-jurnalisti Əliyev ailəsinin biznesini üzə çıxardığı üçün həbs etdirib».

Müəllifin fikrincə, Azərbaycanda mətbuat korpusu Əliyev ailəsinin ictimai münasibətlər təşəbbüsü təsiri bağışlayır.

«Ölkə iqtisadiyyatı son illər neft və qaz mənbələri hesabına güclənib. Üstəlik xarici biznes sərmayələri də artıb… Dəbdəbəli «Fairmont Hotel»də Alov Qüllələrindən birinə daxil olanda sanki James Bond filminin içindəsən…

İstanbulda AKP-nin mitinqi - 2014
İstanbulda AKP-nin mitinqi - 2014

Baxmayaraq ki, tezliklə Azərbaycan qazı Oreqondakı evlərimizə axa bilər, gəlin liderlərimizdən xahiş edək ki, prezident Əliyevlə təkcə biznes sövdələşmələrində ehtiyatlı davranmasınlar, həmçinin təkid etsinlər ki, o, ədalətli seçkilər keçirsin, ölkə mətbuatının boynuna saldığı boyunduruğu buraxsın. Ölkələr kiçik planetimizdə tərəfdaşlıq etməlidirlər – ancaq insan haqlarının təbliği məsələsində çəkingənliyə yer yoxdur», - Jonathan Bach yazır.

«THE GUARDIAN» TÜRKİYƏDƏ AVTOKRATİYANIN GÜCLƏNMƏSİNDƏN YAZIR

Bu həftə Türkiyədə keçiriləcək seçkilər prezident Recep Tayyip Erdoğan-ın hakimiyyətini daha da gücləndirə bilər. Bunu «The Guardian» qəzetinin redaksiya məqaləsində oxuyuruq.

«Türkiyə vacib ölkədir. Son vaxtlar avtoritarizmə meyllənməsinə, xarici siyasətdə vaxtilə ölkəsinin əminlik mövqeyinə baxmayaraq, bu ölkə hələ də Yaxın Şərqdə narahatlıqlar dənizində bir qayalıqdır. Artım zəifləyir, işsizlik və inflyasiya artır, ancaq Türkiyə hələ də dünyanın güclü iqtisadiyyatları içindədir, gələn onillikdə top onluğa qoşulmağı hədəfləyir. Media ilə sərt rəftarı, vəkilləri qorxutması sarıdan ciddi narahatlığa baxmayaraq, müsəlman dünyasında az sayda nisbətən azad və demokratik ölkələrdən sayılır».

Məqalədə deyilir ki, kənar müşahidəçilər Türkiyəyə 7 iyun seçkilərində nə arzulamağı bilmirlər. Prezident Erdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) çoxluğu qazanmasını istəyir ki, konstitusiyanı dəyişdirə və prezident səlahiyyətini genişləndirə bilsin.

«Prezidenti təhqir edən türkiyəli jurnalistlər ya işlərini itiriblər, ya da həbsə atılıblar. Türkiyədə hələ də həbsdə çoxsaylı jurnalist var. Ancaq təkcə jurnalistlər əziyyət çəkmirlər. Ona görə bu şəxsə daha çox səlahiyyət verilməlidir, ya daha az? Əlbəttə, o, dəyişə bilmirsə, həmkarlarının və ya müşavirlərinin qarşısını ala bilirsə, cavab «daha az» olmalıdır».

Vladimir Putin
Vladimir Putin

AVROPANIN PROBLEMİ RUSİYA İLƏDİR, PUTIN-LƏ YOX

Thomas Graham «The Financial Times» qəzetində yazır ki, Qərb elə davranır elə bil Vladimir Putin-lə problem var. Əslində, problem Rusiya ilədir. Rusiya prezidenti Rusiya təfəkkürünü özündə əks etdirir. Onun getməsi heç nəyi dəyişməyəcək. İstənilən varis oxşar xətt tutacaq, ola bilsin, daha az şovinizm göstərsin.

«Rusiya problemi yeni deyil. O, 200 il əvvəl, Napoleon dövrü bitəndən, dəyərlər uçurumunun açılmasıyla başlayıb. 19-cu əsrdə Avropa liberal demokratiyaya doğru irəlilədikcə, Rusiya avtokratik rejimi qoruyub saxlayırdı».

«Bəs Avropanı fərqli mövqeyi olan güclü dövlətdən necə qorumalı? Onda da, indi də problem budur».

«Ukrayna iqtisadiyyatının bərpası, Rusiyanın Avropa normaları və birliyinə hücumunun qarşısını kəsmək üçün rəqabətli bir dövlətin qurulması istiqamətində daha çox iş görülməlidir... Ancaq qloballaşmış, getdikcə çoxqütblü olan dünyamızda qarşısını almaq variantı işləməyəcək. Qərb dünyanın ən böyük iqtisadiyyatlarından birinin qarşısını ala bilməz ... Bu gün acı həqiqət odur ki, Ukrayna Rusiyasız da yenidən qurula bilməz. O, Rusiya iqtisadiyyatından həddən çox asılıdır və Rusiyanın Ukraynaya təsir göstərmək üçün bu ölkənin içində çoxsaylı təsir rıçaqları var. Qarşısını almaq əvəzinə uyğunlaşmaq lazımdır. Düzgün balansı tapmaq ən yaxşı çıxış yoludur».

XS
SM
MD
LG