Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:35

Hökumətdən azanla bağlı sərt xəbərdarlıq


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Biz inzibati tədbirlərlə bölücülük edən dini icmaların fəaliyyətini dayandıra, Qafqaz Müsəlmanları İdarəsiylə birgə həmin məscidə qarşı qanun çərçivəsində addımlar ata bilərik».

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 4-də Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının başlaması ilə bağlı keçirilən iclasında deyib.

Komitə sədri fikrini belə davam etdirib: «Biz və QMİ öz səlahiyyətləri çərçivəsində təzyiqlər göstərə bilərik. Amma bu, təzyiqsiz olmalıdır. Din xadimlərimiz bir-birini başa düşməlidir».

Mübariz Qurbanlı deyib ki, Azərbaycanda azan vaxtını başqa ölkələrin vaxtına uyğunlaşdırmaq düzgün deyil: «Azərbaycanda «Dini etiqad azadlığı haqqında» qanun var. Bu qanun bu sahədə hər şeyi tənzimləyir. Azərbaycan müstəqil dövlətdir… Belə bir şəraitdə Azərbaycandakı azan vaxtını kiməsə baxıb, hansısa ölkənin vaxtına uyğunlaşdırmaq olmaz. Biz müstəqiliksə, dini idarəçiliyimiz də müstəqil olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi bizdədir və bu bizim üstünlüyümüzdür. Biz işıq saçmalıyıq, bizdən kimsə götürməlidir, biz buradan kadrlar göndərməliyik. Azan vaxtı ilə bağlı QMİ-nin təqvimi var. Bu təqvim ola-ola nəyə görə hansısa rayonda buna əməl etməməlidirlər?».

Gözlə

No media source currently available

0:00 0:03:25 0:00
Direct-ə keçid

«AZAN SADƏ MƏSƏLƏ DEYİL»

M.Qurbanlı qeyd edib ki, bəzi maraqlı qüvvələr İslamın daxilində qarşıdurmalar yaradırlar:

«Onlar bunu görmürlərmi? Son 15 ildə dünyada silahlı münaqişələrdə 1.8 milyon adam ölüb. Onun 80 faizi İslam ölkələrində həlak olub. Özü də bu ölənlər başqa dinlərlə münaqişələrdə olmayıb. Onların əksəriyyətində müsəlmanlar «Allahu Əkbər!» deyərək bir-birilərini öldürüblər. Bu azan vaxtı məsələsi də sadə məsələ deyil. Həmin ölkələrdəki məsələlərin başlanğıcına gedəndə birinci görürsən ki, məsələlər elə bundan başlayıb. Mən azanı nə vaxt verdim, sən nə vaxt verdin? Sən Ramazan bayramını nə vaxt qeyd elədin, mən nə vaxt elədim? Bunun qaydaları var. Bizim dinimiz bunu müəyyənləşdirib».

Toplantıda QMİ sədri Allahşükür Paşazadə Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə məscidlərindəki dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə işləməkdə ittiham edib. Bununla bağlı tədbir görülməsi üçün Komitə sədrinə müraciət edib:

«Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?! Onların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur. Ona görə də, biz Dövlət Komitəsi qarşısında bu icmaların fəaliyyətinin dərhal dayandırılması məsələsini qaldırırıq».

XS
SM
MD
LG