Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

Rusiyadan göndərilən pullarda 4 milyon azalma...


Arxiv fotosu: Krasnoyarskda özəl şirkətlərdən birinin əməkdaşı şirkətin pullarını sayır.
Arxiv fotosu: Krasnoyarskda özəl şirkətlərdən birinin əməkdaşı şirkətin pullarını sayır.

.

2014-cü ildə Rusiyadan Azərbaycana bank yolu ilə 1 milyard 374 milyon dollar göndərilib. Bu 2013-cü ildəkindən 4 milyon dollar azdır.

Rusiya Mərkəzi Bankının məlumatından görünür ki, Azərbaycan keçmiş MDB məkanına göndərilən pulların həcminə görə axırıncı yerlərdir. Ən çox vəsait Özbəkistan, Tacikistan, Ukrayna, Qırğızıstan, Ermənistana göndərilib.

Gözlə

No media source currently available

0:00 0:01:35 0:00
Direct-ə keçid

QEYRİ-RƏSMİ YOLLA GÖNDƏRİLƏN PUL DAHA ÇOXDUR...
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əslində Rusiyadan Azərbaycana göndərilən vəsait azı 2 dəfə daha çoxdur. Çünki Rusiyada yaşayanların əksəriyyəti pulu qeyri-rəsmi yollarla – qohum-əqraba, dost-tanış vasitəsi ilə göndərirlər. Natiq Cəfərli düşünür ki, rəsmi göstəricilərdə göndərilən vəsaitlərin azalması elə də çox deyil. Amma reallıqda azalma daha çoxdur və bu azalma öz təsirlərini göstərir:

"Azərbaycan iqtisadiyyatının bir hissəsi məhz Rusiydan Azərbaycana göndərilən vəsaitlərdən aslıdır. Əmlak, avtomobil bazarındakı durğunluğa səbəblərdən biri də məhz Rusiyadan gələn vəsaitlərin azalmasının payına düşür. Hesablamalara görə, əmlak bazarında alqı-satqıda 15% azalma müşahidə olunur. Bu da Rusiyadan göndərilən vəsaitlərin azalması ilə də bağlıdır".

Natiq Cəfərli, özəlliklə, Azərbaycanın regionlarında yaşayan ailələrin Rusiyadan göndərilən vəsaitlərdən aslılığını yada salır. Bildirir ki, bu vəsaitlərin azalması sosial gərginliyi artıra bilər.

Rusiya Mərkəzi Bankının məlumatına əsasən bu ölkədən banklarla pul göndərilən əsas ölkələr:

Ölkələr

2013-cü il

2014-cü il üzrə

Azərbaycan

1,378 milyard $

1,374 milyard $

Ermənistan

1,747 milyard $

1,752 milyard $

Belarusiya

993 milyon $

1 milyard $

Qazaxıstan

377 milyon $

465 milyon $

Qırğızıstan

2,113 milyard $

2,239 milyard $

Moldova

2,248 milyard $

1,862 milyard $

Tacikistan

3,927 milyard $

3,662 milyard $

Türkmənistan

35 milyon $

30 milyon $

Özbəkistan

7,878 milyard $

5,828 milyard $

Ukrayna

4,090 milyard $

3,187 milyard $

ƏVVƏL 500 DOLLAR GÖNDƏRİRDİK, İNDİ İSƏ…
Uzun illərdir Rusiyada yaşayan İlham Əsədov hər ay Azərbaycandakı qohum-əqrabasına müəyyən məbləğdə vəsait göndərir. Deyir ki, son 2-3 ayda vəziyyət bir az düzəlib, rublun məzənnəsi stabilləşib:

Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid

"Ötən ilin avqustundan sonra vəziyyət daha pis idi. 2-3 ay olar ki, Rusiya bazarında sabitlikdir. Amma vəziyyət, özəlliklə, Rusiyada yaşayan miqrantlar üçün bir az çətin olaraq qalır. Dolların bahalaşmasına görə əvələr aya deyək ki, 500 dollar göndərirdiksə, indi 300-400 dollar göndəririk".

İlham Əsədov onu da əlavə edir ki, bir çox həmyerliləri kimi o da Azərbaycandakı yaxınlarını pulu bank yolu ilə yox, digər vasitələrlə çatdırır.

Rusiya Mərkəzi Bankının məlumatına görə, 2014-cü ildə geriyə - Azərbaycandan da Rusiyaya 149 milyon dollar pul göndərilib.

XS
SM
MD
LG