Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:32

Bono konsertində Azərbaycandakı siyasi məhbuslardan danışıb


-

“Bizim bu altı dostumuz öz fikirlərini ifadə etdiklərinə görə bu gün dəmir barmaqlıqlar arxasındadır”.

Bunu dünya şöhrətli vokalçı, məşhur rok qrupu “U2”-nin aparıcı ifaçısı Bono Emin Hüseynov, Xədicə İsmayılova, Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərovİntiqam Əliyevin adını tək-tək çəkəndən sonra deyib.

Bono Avropa Oyunlarının açılışından sonra Azərbaycandakı siyasi məhbuslarla bağlı bu bəyanatı iyunun 12-i və 13-də Monrealdakı konsertində verib.

Adıçəkilən siyasi məhbusların hər birinin şəkli səhnədə nümayiş olunub.

BONONUN ÇIXIŞI ONU GÖSTƏRİR Kİ...

«İnsan hüquqları naminə İdman»ın koordinatoru Rebecca Vincent Azərbaycanda baş verənlərə səssiz qalmayacaqlar:

«Biz Bononun həbsdəki azərbaycanlı həmkarlarımızın, o cümlədən “İnsan hüquqları naminə İdman”ın təsisçisi Rəsul Cəfərovun adından çıxış etməsindən valeh olmuşuq. Bononun bu çıxışı onu göstərir ki, Azərbaycan rejiminin Avropa Oyunlarına ev sahibliyi etməklə öz imicini yaxşılaşdırmaq səyləri puça çıxıb. Dünya bu ölkədə əslində nələrin baş verdiyini yaxşı bilir və buna səssiz qalmayacaq».

Vincent onu da deyib ki, Lady Gaganın sürpriz şəkildə Azərbaycanda insan hüquqlarının ən pis şəkildə pozulduğu bir vaxtda Avropa Oyunlarının açılış mərasimində çıxış etməsi isə çox məyusedici olub:

«İnsan hüquqlarının pozulmasına göz yummaqla Lady Gaga təkcə öz dəyərlərindən vaz keçməyib. Həm də müdafiə etdiyini söylədiyi hüquqları həyata keçirdiklərinə görə həbsaxana əzab çəkən azərbaycanlı fəallara xəyanət edib».

Avropa Oyunlarına gələn isveçli nazirin təyyarəsində Azərbaycanı tərk edən Emin Hüseynovla bağlı isə Rebecca Vincent bunları deyib:

«Biz indi rahatıq ki, Emin artıq təhlükəsiz yerdədir. Amma onun azadlıqdan insafsızcasına məhrum edildiyi 10 ayının əvəzini heç nə verə bilməyəcək».

R.Vincent Azərbaycan hökuməyini digər siyasi və vicdan məhbuslarını azad etməyə çağırıb.

XS
SM
MD
LG