Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:30

Deputat: «Azərbaycan özü özünə inteqrasiya edir»- [audio]


Azerbaijan - Astan Shahverdiyev, candidate to the parliament, undated
Azerbaijan - Astan Shahverdiyev, candidate to the parliament, undated

-

«Azərbaycanın demokratiya balı 6.75-dir, yəni ən aşağı hədd sayılan 7-yə yaxınlaşır. Vaxtilə «Avropanın sonuncu diktaturası» adlanan Belarus indi Azərbaycandan öndədir».

«Freedom House» hüquq-müdafiə təşkilatının iyunun 23-də açıqladığı «Keçid Ölkələri 2015» hesabatında belə deyilir.

Hesabata görə. son 10 ildə orta demokratiya göstəricisinin azaldığı Avropa və Avrasiyada demokratikləşdirmə cəhdləri getdikcə aqressiləşən hücumlara məruz qalır.

«Azərbaycanda İlham Əliyev fəallara və rəsmi səviyyədə korrupsiyaya işıq salan jurnalistlərə çoxillik təzyiq kampaniyasına yeni dalğa gətirdi. Çoxu xuliqanlıq, qanunsuz silah və narkotik saxlama kimi saxta ittihamlarla həbs olundu. ABŞ-ın maliyyələşdirdiyi media və demokratiya təşkilatlarını bağlamasına baxmayaraq, Avropa Şurasına sədrlik etdi və hazırda Avropa Oyunlarına ev sahibliyi edir. Azərbaycanın Keçid Ölkələri balı (NIT) son on ildə demək olar hər il pisləşib, reytinqi hətta Rusiya, Tacikistan və Belarusdan da arxada qalıb» – hesabatın Azərbaycanla bağlı hissəsində belə deyilir.

Azərbaycan son illər təkcə «Freedom House»un tənqid hədəfində olmayıb. Elə ötən həftə BMT-nin İnsan Haqları Şurası «Avropa Oyunlarının repressiv üzü» mövzusunda tədbir keçirib və bildirilib ki, Azərbaycan hakimiyyətinə qarşı təzyiqləri davam etdirəcəklər. Bundan öncə isə Almaniya parlamentində «Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək» adlı qətnamə qəbul olunub.

«SİYASİ AZADLIQLAR FONU PİSLƏŞİB»

Siyahını artırmaq da olar. Bu gün – iyunun 23-də Azərbaycanın adı həm də AŞPA-da hallanacaq. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanda demokratiya institutlarının fəaliyyəti də müzakirə olunacaq. Artıq AŞPA məruzəçilərinin irəli sürdüyü bir sıra tövsiyələr bəllidir: «Avropa Məhkəməsinin qərarları tam icra olunsun; parlamentin icra orqanına nəzarəti gücləndirilsin; məhkəmənin tam müstəqilliyi təmin edilsin; seçkiylə bağlı Venesiya Komissiyasının tövsiyələrinin icrası sürətləndirilsin» və s...

Mehman Əliyev
Mehman Əliyev

«Turan» İA-nin direktoru Mehman Əliyev deyir ki, ölkədə real vəziyyət bu cür beynəlxalq müzakirələrdə, hesabatlarda təsvir olunandan da pisdir, – istər insan haqları sahəsində, istərsə də azad media və demokratiyanı şərtləndirən digər məsələlərdə:

«Ölkədə media sahəsində, vətəndaş cəmiyyətində mühit kifayət qədər ağırdır. Azad fikir söyləmək, azad polemika aparmaq kifayət qədər çətin olub. Sosial şəbəkələrə də nəzarət gücləndirilib. Bütövlükdə Azərbaycanda siyasi azadlıqlar fonu pisləşib, bu, bir faktdır».

Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

«DÜNYA ÖLKƏLƏRİ AZƏRBAYCANDAN NÜMUNƏ GÖTÜRMƏLİDİR»

Azərbaycan hökuməti isə nəinki istər yerli, istərsə də beynəlxalq qurumlardan gələn tövsiyə və tənqidləri nəzərə alır, hətta əksər hallarda tənqid edən tərəfi qərəzli olmaqda, hakimiyyətə və dövlətə təzyiq etməkdə günahlandırır. Məsələn, ötən il elə «Freedom House» Azərbaycanı «qeyri-azad» ölkə adlandıranda, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov onu doğru yola gəlməyə və real Azərbaycanı görməyə çağırmışdı.

Astan Şahverdiyev
Astan Şahverdiyev

«Freedom House»un sözügedən son hesabatına gəlincə, AzadlıqRadiosuna müsahibəsində parlamentin İnsan hüquqları komitəsinin üzvü Astan Şahverdiyev deyir ki, Azərbaycanı tənqid etmək nəinki haqsızlıqdır, hətta dünya ölkələri ondan nümunə götürməlidir:

«Bu gün bütün dünyaya sübut olundu ki, Azərbaycan necə sivil, demokratik və hüquqi dövlətdir. Biz bunu sözdə demirik, əməllərimizlə göstəririk. Azərbaycanı demokratiya sahəsində Belarusla müqayisə etmək özü ağılsızlıqdır. Azərbaycana qarşı total böhtan kampaniyası aparılır. Bu da cənab İlham Əliyevin heç bir bloka qoşulmaması, müstəqil siyasət yeritməsi ilə bağlıdır. Azərbaycan bu gün heç yerə yox, özü özünə inteqrasiya edir, dünya ölkələri də bundan nümunə götürməlidir».

Gözlə

No media source currently available

0:00 0:02:11 0:00
Direct-ə keçid

«AZAD SÖZÜN ARXASINDA MƏKİRLİ SİYASƏT DURUR»

Hesabatda fəalların və hökuməti tənqid edən jurnalistlərin həbsinin pislənməsinə münasibət bildirən deputat bu məsələdə də qərəz görür:

«Hər bir azad sözün arxasında onların məkrli siyasəti dayanır. Gedib xuliqanlıq edir, cinayət törədirlər, sonra onu tutanda deyirlər ki, «siyasi məhbusdur». Elə şey yoxdur. Azərbaycanı istəməyənlər var, onlar bir neçə mənbədən qidalanırlar».

XS
SM
MD
LG