Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:44

Avropada «Böyük Qafqaz» günü


Avropa Birliyinin hər üç Cənubi Qafqaz ölkəsiylə münasibətlərində yeni mərhələ başlanır
Avropa Birliyinin hər üç Cənubi Qafqaz ölkəsiylə münasibətlərində yeni mərhələ başlanır

Bu gün Avropa Birliyinin paytaxtı sayılan Brüsseldə «Böyük Qafqaz» günüdür. Avropa Birliyi Cənubi Qafqaz ölkələrinin hər üçü ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalamağa hazırlaşır. Birliyin Qonşuluq siyasəti çərçivəsində uzun müddətdir müzakirə olunan Fəaliyyət Planı təsdiq olunacaq.



Azərbaycanı bu tədbirdə Xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Nazir «Azadlıq» radiosuna bildirib ki, imzalanacaq sənəddə əks olunduğu kimi Azərbaycan artıq Avropanın tərkib hissəsidir və bu tədbir Azərbaycan üçün böyük hadisədir.


Avropa Komissiyasının Xarici əlaqələr üzrə komissarı Benito-Fererra Ualdner isə bildirdi ki, Avropa Birliyinin hər üç Cənubi Qafqaz ölkəsiylə münasibətlərində yeni mərhələ başlanır. «Qonşuluq siyasəti Birliyə üzvlüyə təminat vermir. Bunu aydın deməliyik. Lakin, bu indinin siyasətidir. Bu ölkələr hər şey etməlidirlər ki, fürsətdən istifadə edərək təcrübəmizi öyrənsinlər, Avropa ilə əməkdaşlığı gücləndirsinlər».


Benito Uladnerin sözlərinə görə, genişlənmiş Avropa öz sərhədlərində dost və əməkdaşlıq edən ölkələri görmək istəyir və qonşuluq siyasətinin də əsas məqsədi regionda əməkdaşlığın güclənməsidir. Avropa Birliyinin rəsmiləri ümid edirlər ki, Cənubi Qafqaz ölkələrinin Avropa Birliyinə daha da yaxınlaşması, regiondakı münaqişələrin həllinə də müsbət təsir göstərə bilər.


«Qonşuluq siyasəti Birliyə üzvlüyə təminat vermir. Bunu aydın deməliyik. Lakin, bu indinin siyasətidir. Bu ölkələr hər şey etməlidirlər ki, fürsətdən istifadə edərək təcrübəmizi öyrənsinlər, Avropa ilə əməkdaşlığı gücləndirsinlər»
Noyabrın 14-də Brüsseldə Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə gözlənilir.


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Məmmədyarovla Oskanyanın görüşü Bakı vaxtı ilə saat 17-də Belçikanın Xarici İşlər Nazirliyində başlayacaq.


Noyabrın 13-də Avropa Birliyinin təşkil etdiyi şam yeməyində bir yerdə olan və mətbuat konfransında yanaşı oturan Elmar Məmmədyarov və Vardan Oskanyan danışıqlarla bağlı gözləntilərini açıqladılar.


Məmmədyaorv dedi ki, Brüssel danışıqları Praqa prosesini davamıdır. Onun sözlərinə görə, indiyə qədər tərəflər bir-birinə yaxınlaşmaq üçün çoxlu cəhdlər edib: «Mən hələ də inanıram ki, imkanlar var. Lakin, hələ də həssas, həll olunmamış məsələlər qalır. Buna baxmayaraq biz inanırıq ki, hazırda vaxt yetişib və biz düzgün istiqamətdə irəliləyirik».


Məmədyarov həmçinin dedi ki, Avropa Birliyi ilə fəaliyyət planlarını imzalamaqla hər iki ölkə Avropa dəyərlərinə daha da yaxınlaşacaq və münaqişə həllini tapa bilər».


Ermənistanın Xarici işlər naziri Vardan Oskanyan isə bildirdi ki, o danışıqlarda pozitiv müzakirələrin olacağını gözləyir: «Görüşün məqsədi prezidentlərin növbəti görüşü üçün hazırlıq görməkdir. Biz əlimizdən gələni edəcəyik və belə bir nəticənin əldə olunması üçün imkan var. Həmsədrlər ortaya yeni ideyalar qoyublar. Biz onları öyrənmişik. Parisdə təkliflərə münasibət bildirmişik. Müzakirələri davam etdirəcəyik. Əgər görsək ki, mövqelərimizdə yaxınlaşma var bunu inkişaf kimi qəbul edib irəliyə gedəcəyik və prezidentlərimizin görüşünə hazırlaşacağıq».


Diplomatlar ümid edirlər ki, noyabrın sonlarında və ya dekabrın əvvəllərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək mümkün olacaq. Görüşün Avropada keçiriləcəyi ehtimal olunur. Lakin, çox şey bu gün Brüsseldə nazirlərin və Minsk qrupu həmsədrlərinin qərarından asılı olacaq.


XS
SM
MD
LG