Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:33

İran səfiri yeni dəmiryol xəttindən danışdı


Mohsen Pak-Ayin
Mohsen Pak-Ayin

-

Qəzvin-Rəşt-Astara dəmiryolu xəttinin çəkilməsi yönündə üç ölkə - İran, Rusiya və Azərbaycan şirkətləri arasında müzakirələr davam etməkdədir.

İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin apa-ya belə deyib.

«Razılaşma əldə olunduqdan sonra Rəştdən Astaraya kimi uzanan dəmiryol xəttinin inşasına başlanacaq. Bu xəttin bu hissəsinin tikintisinin maliyyə ayırmaları üçün bir sıra Asiya şirkətləri ilə müzakirələr aparılır və yaxşı nəticələr əldə olunub. Ümid edirəm ki tezliklə dəmiryolun çəkilişinə başlanacaq və Şimal-Cənub dəhlizi sayılan bu nəqliyyat xətti istifadəyə veriləcək» - səfir bildirib.

Qəzvin-Rəşt-Astara dəmiryol xətti İrandan başlayaraq, Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Avropaya qədər uzanmalıdır.

XS
SM
MD
LG