Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:27

Kitab satıcılarının sayəsində


"Waterstones" kitab dükanından görüntü
"Waterstones" kitab dükanından görüntü

-

Nəsr satışı üç dəfə artıb

Dünyada kitab dükanları böhranla üzləşməkdə ikən Britaniyanın "Waterstones" kitab mağazaları şəbəkəsi son iki ildə nəsr kitabları satışının üç dəfə çoxaldığını bəyan edib.

Necə?

Sözügedən mağaza bunu birinci növbədə "Ayın kitabı" aksiyasının uğuru kimi izah edir.

Onların kitab klubu var. Bu klubun üzvləri hər ay bir kitabı seçərək, "Ayın ən yaxşı kitabı" elan edirlər.

Dükanın tədbirlər və aksiyalar üzrə direktoru isə mətbuata göndərdiyi açıqlamada daha geniş izahat verib:

“Məsələn, Lionel Davidson-un "Kolymsky Heights" romanının təkcə

mart ayında 30 mindən çox nüsxəsini satmışıq.

Kitabı dükanın qarşısına qoymaqla, düzgün yerləşdirməklə.

Amma əsas səbəb bu kitabın əla kitab olmasıdır.”

Doğrudan da, sözügedən kitab dükanları şəbəkəsinin özünəməxsus satış tərzi var.

Burada satıcılar kitablar haqda rəylərini yazıb kitabların yanına yapışdırırlar.

Oxu zalı

XS
SM
MD
LG