Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:30

Həm də qoyun saxlanan məktəb


Tərtərin Azad Qaraqoyunlu kəndinin məktəbi (foto: bizimyol.info)
Tərtərin Azad Qaraqoyunlu kəndinin məktəbi (foto: bizimyol.info)

-

Pəncərəsiz, qapısız məktəb

«Bizim Yol» qəzeti yazır ki, Tərtərin ən böyük kəndində - Azad Qaraqoyunlu kəndinin məktəbində 375 şagird tövlədə təhsil alır.

Qəzetə müraciət edən kənd sakinləri bildirib ki, məktəbin bəzi otaqlarında məcburi köçkünlər fermer təsərrüfatı ilə məşğuldur. Onlar heyvanları məktəbin otaqlarında saxlayırlar.

«Camaat kompüterlə dərs keçir, bizim məktəblilər də qoyunla. Belə olan halda təhsil təşkilatları hansı nəticəni gözləyirlər? Məktəbin pəncərəsi, qapısı da yoxdur».

Təhsil Nazirliyindən isə «Bizim Yol»a bildiriblər ki, həmin məktəbdə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.

Bakıda mənzillər sürətlə ucuzlaşır

«Azadlıq» qəzeti «MBA Consulting Group» şirkətinin rəhbəri Nüsrət İbrahimova istinadən yazır ki, mənzil bazarında ucuzlaşma tələbatın azalması ilə bağlıdır.

Bakıda, yeni hündürmərtəbəli bir bina.
Bakıda, yeni hündürmərtəbəli bir bina.

Qəzet yazır ki, ucuzlaşmada ipoteka kreditlərinin məhdudlaşdırılması həlledici rol oynayıb: «Ucuz evlər əsasən ipoteka kreditləri ilə alınıb-satılırdı. Son bir neçə ayda ipoteka kreditlərinin verilməsində müəyyən məhdudiyyətlər var. Nəticədə, mənzil bazarında tələb azalır və qiymətlər düşür. Əvvəllər bahalı evlərin qiymətləri azalırdı, indi bahalı evlərin qiymətinin düşməsi dayanıb, ucuz evlərin qiymətləri isə daha da düşür».

Azərbaycan prezidentini reytinqi 90 faizə yaxınlaşır

Bunu «Azərbaycan» qəzeti «Rəy» Monitorinq Mərkəzinin keçirdiyi sorğuya istinadən yazır.

Qəzet yazır ki, rəy sorğusundakı suallardan biri belə olub: «İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?»

Azərbaycan prezidenti İlham Əliyev, Avropa Oyunlarında
Azərbaycan prezidenti İlham Əliyev, Avropa Oyunlarında

«Respondentlərin 86 faizə yaxını «bəli, cavab verir» (tam və ya qismən), cəmi 3 faizi «xeyr, cavab vermir», bir o qədəri isə «əsasən cavab vermir» deyə bildirib. Ölkə əhalisinin 73 faizi prezident postunda İlham Əliyevə alternativ görmür».

Sorğuda 1500 nəfər iştirak edib.

«Qara bazar»ın mərc dəftəri

Arxiv fotosu
Arxiv fotosu

«Məsələn, kimsə bir komandanın qələbəsinə 500 manat yatırmaq istəyir. Hazırda bu məbləğdə maliyyəsi olmasa da «qara bazar» nümayəndəsinə zəng edərək mərcini ona deyir. O da öz növbəsində bunu qəbul edir. Mərc tutmayanda rəqəm borca yazılır. Adətən pulun qeyri-rəsmi ödəniş vaxtı bir gün sonradır. Əksər hallarda maddi problemi olan borc yiyəsi nümayəndəyə zəng edərək pulun gətirəcəyini və axşam daha bir mərci qəbul etməyi xahiş edir. Cavab təbii ki, müsbət olur və məbləğ böyüməyə başlayır».

XS
SM
MD
LG