Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:39

Facebook-da AZAL-ı boykot kampaniyası


-

27 yaşlı Bakı sakini Gülər Avropaya təyyarə ilə səyahətə gedəndə Bakı aeroportuna yox, Bakı dəmiryol vağzalına üz tutur.

Gülər qatardan Tbilisidə düşür, sonra Tbilisi aeroportundan yolçuluğuna davam edir: “Belə edəndə xərcimiz qat-qat az çıxır”, deyə Gülər bildirir.

İyulun 13-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev də Gülərin fikrini təkrarlayıb, dövlət başçısı aviabiletlərin qiymətini aşağı salmağı tapşırıb.

Qiymətlərin müqayisəsini aparaq (iyunun 13-ə olan on-line qiymətlər)

Sentyabrın 16-23-ü tarixlərində Budapeştə səfər etmək istəsən, qiymətlər aşağıdakı kimi olacaq:

Bu, Bakıdan AZAL-la 772 avroya,

Gürcüstanın Kutaisi şəhərindən WizzAir ilə 8.5 dəfə ucuz - 89 avroya başa gələcək.

Düzdür, WizzAir lə AZAL-ı müqayisə etmək o qədər də düz deyil. Çünki onların fərqi budur ki, birinci şirkət aşağı xərclidir - yemək, içki üçün ayrıca ödəniş etmək lazımdır. Baqaj imkanları azdır. Nisbətən az komfortludur.

Amma problem ondadır ki, belə ucuz xidmət təklif edən aviaşirkətləri Azərbaycana buraxmırlar. Halbuki Avropada həm komfortlu aviaşirkətlər var, həm də ucuz uçuş təklif edənlər.

“Hava Limanı AZAL-dan ayrılmalı, başqa bir şirkətin istifadəsinə verilməlidir. Yaxşı olar ki, Tbilisidə olduğu kimi, Türkiyə şirkətinə icarəyə verilsin. AZAL təbii inhisarçı kimi rəqabət qanunlarını pozduğu üçün, azı 3 yerə parçalanmalı, idarəetməsi dəyişdirilməlidir, digər xarici aviaşirkətlərə bazara giriş izni sadələşdirilməli, AZAL-ın buna təsir imkanları sıfırlanmalıdır”.

Prezident İlham Əliyev iyulun 13-də bu barədə danışmayıb.

Həmin tarixlərdə aşağı xərcli olmayan (yemək və içki təklif edən) başqa aviaşirkətlərin təklif etdiyi bilet qiymətləri də AZAL-dan ucuzdur. Yəni AZAL-la təxminən eyni imkanlar təklif edən şirkətlər.

13-22 oktyabr tarixlərində Cenevrəyə uçuşların qiyməti

Bakıdan AZAL - 644 avro

Bakıdan Türk Hava Yolları - 514 avro

Tbilisidən Türk Hava Yolları - 299 avro

VƏTƏNDAŞLAR AZAL-ı BAYKOTA SƏSLƏYİR

Bəzi Facebook istifadəçiləri də Azərbaycan Hava Yolları Şirkəti - AZAL-da qiymətlərin yüksək olmasını iddia edərək kampaniyaya başlayıblar.

İstifadəçilər “AZAL-ın inhisarçılığına və soyğunçuluğuna son qoyaq” adı altında qrup yaradıblar. Qrupa artıq 22 nəfər qoşulub.

Natiq Cəfərli
Natiq Cəfərli

Qrup haqqında məlumatda deyilir ki, üzvlər yüksək bilet qiymətlərinə etiraz olaraq alternativ hava yollarının qiymətlərini, kampaniyalarını yayacaqlar:

“AZAL dan bilet almayaq, bilə-bilə aldanmayaq!”, deyə Facebook qrupu yazır.

Facebook –da həmçinin qiymərin azalmasına işarə olaraq #az al həştəqi yaradılıb.

Müxalif ReAl hərəkatının icra katibi Natiq Cəfərli AzadlıqRadiosuna müsahibəsində deyir ki, prezidentin inzibati yolla müdaxiləsi müvəqqəti nəticə verəcək, AZAL qiymətləti sala bilər, amma bir müddət sonra yenidən qalxacaq.

Natiq Cəfərli hökumətə çıxış yolları təklif edir:

“Hava Limanı AZAL-dan ayrılmalı, başqa bir şirkətin istifadəsinə verilməlidir. Yaxşı olar ki, Tbilisidə olduğu kimi, Türkiyə şirkətinə icarəyə verilsin. AZAL təbii inhisarçı kimi rəqabət qanunlarını pozduğu üçün, azı 3 yerə parçalanmalı, idarəetməsi dəyişdirilməlidir, digər xarici aviaşirkətlərə bazara giriş izni sadələşdirilməli, AZAL-ın buna təsir imkanları sıfırlanmalıdır”.

XS
SM
MD
LG