Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:50

Uşaq-gəlinlərin sayı artır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda 18 yaşadək nikah bağlayan gəlinlərin sayı iki dəfə artıb.

Dövlət Statistika Komitəsindən «Trend»ə verilən məlumata görə, Azərbaycanda 2013-cü ildə 18 yaşadək gəlinlər tərəfindən 229, 2014-cü ildə isə 479 rəsmi qeydə alınmış nikah bağlanıb. Son iki ildə rəsmi qeydə alınmış nikaha daxil olan 18 yaşadək oğlanların sayı iki nəfər olub.

Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

XS
SM
MD
LG