Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:21

Qənimət Zahid qohumlarına: “Məndən imtina edin”


Qənimət Zahid anası Xədicə Zahidova ilə
Qənimət Zahid anası Xədicə Zahidova ilə

.

«Hakimiyyət müstəqil jurnalistlərin təqibini dayandırana oxşamır. Qənimət Zahidin ölkədən qaçmasından məmnun qalmaq əvəzinə indi də onun Azərbaycandakı qohumlarını təqib edir».

“Sərhədsiz Reportyorlar” Təşkilatının ötən həftə - iyulun 22-də yaydığı bəyanatda belə deyilirdi. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarının həbsi ilə bağlı yayılan həmin bəyanatdan cəmi bir həftə sonra “Meydan” TV-nin icraçı direktoru Emin Millininin qaynı həbs olunub.

Emin Milli AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, komputer mütəxəssisi olan qohumunu məhz onun fəaliyyətinə görə həbs ediblər. Emin Millinin 2 gün əvvəl verdiyi müsahibəsində əlavə edirdi ki, qohumlarına təzyiq edərək, ona qarşı ifadələr ala bilərlər.

QOHUMLARINA QARŞI ÇIXIŞLAR…

Hələki, Emin Millinin qohumlarından bu ifadələr səslənməsə də Qənimət Zahidə qarşı qohumları ifadə verməyə başlayıb. Yerli mediada yayılan həmin çıxışlarda qohumları Qənimət Zahidi qınayırlar ki, özü ailəsi ilə birlikdə Azərbaycanı tərk edib, ölkədəki qohum-əqrabasını təzyiq altında qoyub.

Qənimət Zahid isə həmin çıxışlara “məndən imtina edin” cavabını verib:

“Mənim iki qohumumu həbs ediblər. Qardaşımı da tutmaq istəyiblər. Onlar kənd adamlarıdır və siyasətdən uzaqdırlar. Mənim fikirim isə budur ki, Azərbaycanda hazırda azı 80 siyasi məhbus var, mənim qohumlarım onlardan artıq deyil ki?” (Qənimət Zahidin fikirlərini ətraflı aşağıda dinlə)

Gözlə

No media source currently available

0:00 0:08:59 0:00
Direct-ə keçid

Qənimət Zahid hazırda Fransada mühacirətdədir. Oradan həftədə iki dəfə yayımlanan “Azərbaycan saatı” verlişini hazırlayır. Deyir ki, ona, eləcə də Meydan TV-nin rəhbərinə qarşı təzyiqlərin bir məqsədi var: Azad sözü sudurmaq, medianı maksimum nəzarətdə saxlamaq.

QARDAŞININ YERİNƏ SƏHVƏN HƏBS OLUNAN SİRAC…

“Azərbaycan Saatı” verlişinin aparıcılarından biri - Seymur Həzi həbsdədir. Digər aparıcı Natiq Ədilov isə Fransaya mühacirət edib. Ötən ilin avqustunda onun qardaşı Murad Ədilov külli miqdarda narkotik saxlamada ittiham olunub. Məhkəmə ona 6 il həbs cəzası kəsib.

Fərəc Kərimli
Fərəc Kərimli

​Qardaşının siyasi fəalyyətinə görə, həbs olunanlardan biri də - Müsavat Partiyasının fəalı Sirac Kərimlidir. 6 il azadlıqdan məhrum edilən Sirac Kərimli məhkəmədə son çıxışında səhvən, qardaşının yerinə həbs olunduğunu bildirib:

“Onlar siyasi fəaliyyətinə görə qardaşımı həbs etmək istəyiblər. Sadəcə, bizi səhv salıblar. Məni Narkotiklərə Qarşı Mübarizə İdarəsinə aparanda məlum oldu ki, səhv gətiriblər. Orada da mənə dedilər ki, səni qardaşın Fərəcin yerinə səhvən gətirmişik. Qardaşımı məndən bir neçə gün sonra həbs etdilər. Ancaq, ittiham irəli sürüldüyündən məni azad etmədilər.

Məni azad etməmələrinin bir səbəbi də ailəlikcə müsavatçı olmağımızdır. Qardaşıma və mənə qarşı irəli sürülən ittihamları saxta və sifarişli hesab edirəm”.

Onun qardaşı Fərəc Kərimli eyni ittihamla 2014-cü ilin iyulun 23-də həbs edilib.

Qənimət Zahdin, Emin Millinin qohumlarına, eləcə də Natiq Ədilovla, Fərəc Kərimlinin qardaşlarına qarşı irəli sürülən ittiham eyndir: Qanunsuz narkotik maddələrin saxlanması və ya satışı.

Beynəlxalq təşkilatlar bu həsbləri pisləyir, hakimiyyəti müxalif fikirli şəxslərin təqibinə son qoymağa çağırır.

Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə siyasi motivlərlə kimlərinsə həbs edildiyini qətiyyətlə inkar edir, tutulanların konkret cinayət işlərinə görə cəzalandıqlarını deyir.

XS
SM
MD
LG