Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:39

Rauf Mirqədirovun «üçdə biri qalıb»


Rauf Mirqədirov
Rauf Mirqədirov

-

«Jurnalist Rauf Mirqədirovu neçə illərdir tanıyırdım. Ancaq onu heç belə görməmişdim, çox zəif görsənirdi».

Bunu Leyla və Arif Yunusların avqustun 5-də keçirilmiş məhkəməsində şahid ifadəsi verən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.

Mirvari Qəhrəmanlı məhkəməyə şahid kimi gətirilmiş Rauf Mirqədirovun çox arıqladığını və zəiflədiyini deyib: «Rauf Mirqədirov arıqlayıb, uşaq kimi olub. Oradan çıxanda gözlərindəki ifadəni ömrüm boyu yadımdan çıxartmayacağam. Onun gözləri ömrü boyu əzab çəkən insanın gözlərinə oxşayırdı. Elə bil üçdə biri qalıb».

Mirvari Qəhrəmanlı məhkəmə zalında növbətçi həkimin Arif Yunusun tez-tez təzyiqini yoxladığını, həyəcanlanmaması üçün iynə vurduğunu da bildirib.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilib və dərhal da həbs olunub.

O, Ermənistanın xeyrinə casusluq etmək, dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı rədd edir.

XS
SM
MD
LG